İşxan Verdyan: “Qarabağdakı qondarma qurumun fəaliyyətini terror aktı kimi qəbul edirəm” - ÖZƏL 

İşxan Verdyan: “Qarabağdakı qondarma qurumun fəaliyyətini terror aktı kimi qəbul edirəm” - ÖZƏL 

Hazırda oxunan: İşxan Verdyan: “Qarabağdakı qondarma qurumun fəaliyyətini terror aktı kimi qəbul edirəm” - ÖZƏL 

156114

“Azərbaycanın başladığı hərbi əməliyyat, şübhəsiz ki, bu gün Qarabağda olan silahlı qüvvələrin məğlubiyyəti ilə, Qarabağda Azərbaycanın konstitusiya quruluşunun bərqərar olması ilə yekunlaşacaq. Buna heç bir şübhə yoxdur”.  

Bu fikirləri Bizim.Media-ya açıqlamasında sülh təşəbbüsləri ilə tanınan erməni fəal, bloger İşxan Verdyan deyib.  
 

MÖVZU İLƏ BAĞLI:

“20 kəndimiz terrorçulardan təmizlənib” – Ədalət Verdiyev  


Qarabağdakı antiterror tədbirlərində Azərbaycanı tam dəstəkləyən Verdyan, qondarma qurumun məhv ediləcəyini bildirib: 

“Deyə bilərik ki, bu, Qarabağ münaqişəsinin yekun fazasıdır. Bundan əlavə, Ermənistan-Azərbaycan münaqişəsinin necə inkişaf edəcəyi, münaqişənin davam edib-etməyəcəyi və ya qızışacağı Ermənistanın siyasətindən asılıdır.

Burada Qarabağ faktoru heç bir rol oynamayacaq. Amma bəla ondan ibarətdir ki, bu gün Ermənistan Qarabağda olan silahlı şəxslərə nəzarət etmir. Onlar yerli qondarma hakimiyyət orqanlarının nəzarəti altındadır, onlara cinayətkarlar rəhbərlik edir, terrorçular tərəfindən idarə olunurlar”, - deyə İ.Verdyan qeyd edib.  

Hazırda Qarabağdakı erməniəsilli vətəndaşların qondarma qurum tərəfindən əsir alındığını bildirən ictimai fəal, Azərbaycanın antiterror tədbirləri ilə bu duruma son qoyulacağını deyib. 

“Və bu cinayətkarlar, terrorçular öz məqsədləri üçün əllərindən gələni edirlər. Hazırda məhz onların əmri ilə orada döyüşlər gedir. Bu generallar başa düşürlər ki, antiterror tədbirləri erməni səyləri üçün heç bir müsbət nəticə verməyəcək.

Onlar bilirlər ki, Azərbaycan gec-tez, sabah ya birigün Qarabağdakı məqsədlərinə nail olacaq.  

Amma bütün bunlara baxmayaraq onlar yenə də müqavimət göstərirlər. İstəyirlər ki, çoxlu sayda insan itkisi olsun. Mən bunu terror aktı olaraq qəbul edirəm. Və tanrıya dua edirəm ki, bütün bunlar bitən kimi, günahkarlar öz cəzalarını alsınlar”, - deyə İ.Verdyan əlavə edib. 

Tehran Orucoğlu, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO