Anar Eyvazov: “Ermənistan ordusu yaşayış məntəqələrində mövqe tutur"

Hazırda oxunan: Anar Eyvazov: “Ermənistan ordusu yaşayış məntəqələrində mövqe tutur"

156098

“Döyüş sursatları tükənən Ermənistan silahlı qüvvələrinin birləşmələri uzun müddətli fortifikasiya qurğularını tərk edərək yaşayış məntəqələrində yenidən tərtiblənir, eyni zamanda, Qarabağ bölgəsindəki dinc əhalini məcburi qaydada silahlandıraraq döyüş mövqelərinə cəlb etməyə çalışırlar”. 

Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Anar Eyvazov keçirilən brifinqdə deyib. 

Polkovnik Anar Eyvazov hazırda Silahlı Qüvvələrin lokal xarakterli antiterror tədbirləri davam etdirdiyini vurğulayıb: 

"Mövcud şərait bölmələrimizin nəzarəti altındadır. İctimaiyyətə bundan sonra da mütəmadi olaraq əlavə məlumat veriləcək". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO