Almaniyanın yeni hakimiyyəti Azərbaycan siyasətində dəyişiklik edəcəkmi? - Açıqlama

Almaniyanın yeni hakimiyyəti Azərbaycan siyasətində dəyişiklik edəcəkmi? - Açıqlama

Hazırda oxunan: Almaniyanın yeni hakimiyyəti Azərbaycan siyasətində dəyişiklik edəcəkmi? - Açıqlama

156088
"Bu məsələdə əsas məqam Almaniyanın yeni hökumətilə Türkiyə arasında münasibətlərinin necə olacağından asılıdır”.

Bu sözləri Sfera.az-a açıqlamasında Almaniyanın postMerkel dövründə Azərbaycanla əlaqələrinin hansı istiqamətdə cərəyan edəcəyini dəyərləndirərkən, politoloq Əlimusa İbrahimov deyib:
 
"Almaniya Azərbaycanla münasibətlərə uzun müddət elə də ciddi önəm vermirdi. Berlin bu müddət ərzində Azərbaycanda gedən proseslərə ciddi təsir göstərmirdi. Avropanın bir nömrəli ölkəsinin regionumuza münasibətində loyallıq hökm sürürdü. Berlin bölgəmizə münasibətdə əsasən Avropa Birliyi ölkələrilə eyni siyasəti yürüdüb”.
 
Ekspert bildirir ki, Berlin regionumuza münasibətdə Rusiya amilini hər zaman nəzərə alıb: "Onlar regiondakı 3 ölkəyə Rusiya ilə münasibətləri kontekstində yanaşıb. Onun nəticəsidir ki, bu günə qədər Almaniya Cənubi Qafqaza ciddi önəm verməyib”.
 
Həmsöhbətimiz düşünür ki, Almaniyada hakimiyyətə yiyələnən yeni qüvvələrə Cənubi Qafqaz və Azərbaycanla bağlı siyasi prioritetlərini müəyyənləşdirmək üçün bir neçə il lazım gələcək:
 
"Yalnız bundan sonra Almaniyadakı yeni hökumətin Azərbaycana hansı münasibət sərgiləyəcəyini dəqiq söyləmək olar. Yeni qüvvələr Bakı ilə münasibətdə əvvəlki kursu davam etdirəcəksə, Azərbaycana Berlin tərəfindən ciddi dəstəyin olacağını düşünmürəm. Yeni hökumətin də mövcud siyasətdə ciddi dəyişikliyə gedəcəyi gözlənilmir. Əslində, bu məsələdə əsas məqam Berlin-Ankara münasibətlərinin necə olacağından asılıdır. Bu münasibətlər kontekstində Berlin müəyyən dərəcədə Azərbaycana da rol ayıra bilər. 
 
Bütün hallarda Almaniyanın ölkəmizlə bağlı siyasətindən Azərbaycan qətiyyən narahat olmamalıdır”.
 
Elçin
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO