Ermənistanın bəzi sosial media hesablarında guya Silahlı Qüvvələrimiz tərəfindən erməni əsilli sakinləri təxliyə edən Rusiya sülhməramlı kontingentinə məxsus kolonun atəşə tutulması barədə yayılan məlumatlar tamamilə yalandır və dezinformasiya xarakteri daşıyır.
Bu barədə Bizim.Media-ya Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Rusiyanın İrəvandakı səfirliyi önündə ölkə əleyhinə şüarlar SƏSLƏNDİRİRLƏR - VİDEO
"Belə əsassız iddiaları qəti surətdə təkzib edirik", - deyə məlumatda qeyd edilib.
Bizim.Media