PUA-larımızın sürü şəklində hücumu gözlənilir - EKSPERT

PUA-larımızın sürü şəklində hücumu gözlənilir - EKSPERT

Hazırda oxunan: PUA-larımızın sürü şəklində hücumu gözlənilir - EKSPERT

1560

ABŞ ordusunu tərəddüdə salan Azərbaycan PUA-ları Qarabağ səmasında yeni performansa hazırlaşır

ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi Ceyms Makkonvil: “Qarabağda Azərbaycan PUA-larının göstərdiyi şou super gücü hərb arsenalına yenidən baxmağa məcbur edir”.

Amerikalı general daha sonra bildirib ki, Azərbaycanlıların taktikası bizi tankların döyüşdə asan hədəf olması, ləng hərəkət etməsi və ümumiyyətlə, müasir savaşın çox bahalı vasitəsi olması ilə bağlı düşünməyə vadar edir:

“ Hazırda biz havada üstünlüyə malikik. Amma gələcəkdə belə olmaya da bilər. Qarabağdakı döyüşlərdə gördük ki, PUA- lar çox ciddi vasitə və təhlükədir”. Ordu generalı Ceyms Makkonvil belə deyib.

Hərbi ekspert Ədalət Verdiyev Bizim.Media-ya bildirib ki, Azərbaycanın hazırda davam edən vətən müharibəsində istifadə etdiyi pilotsuz uçuş aparatları son illlərdə ən geniş tətbiq edilən silah sistemləri arasındadır.

“PUA- lar həm Türkiyə, həm İsrail, həm də ABŞ tərəfindən döyüş əməliyyatlarında istifadə olunub. Lakin Azərbaycanın apardığı əməliyyatlarda dünya tarixində ilk dəfə pilotsuz uçuş aparatları bu qədər kütləvi və effektiv şəkildə istifadə olunur. Təbii ki, böyük dövlətlər, o cümlədən də ABŞ belə bir müharibə metodlarına qarşı diqqətsiz qala bilməzdi”.
Hərbi ekspert izah edir ki, pilotsuz uçuş aparatları bir neçə funksiyanı bəzən ayrılıqda, bəzən də kombinə edilmiş vəziyyətdə icra edir. Hazırda Azərbaycanın arsenalında olan PUA-lar arasında həm müşahidə, həm zərbə, həm də kamikadze tipli aparatlar mövcuddur.

Son günlərdə yayılan xəbərlərə görə isə artıq hərbi arsenalımızda sürü şəklində vəizfələri icra edən zərbə tipli PUA- lar da mövcuddur.

Ədalət Verdiyev deyir ki, Azərbaycanın Müdafiə Sənayesində hazırda yerli PUA- ların istehsalı sürətləndirilib. Onlar da döyüşlərdə uğurlu şəkildə öz töhfələrini verir:

“Bu taktikanın seçilməsi ordumuza bir neçə istiqamətdə üstünlüklər təqdim edir. Bunlardan birincisi risklər minimuma endirilir. Hərbi arsenal, kadr strukturu qorunmuş olur. Onların saxlanılması, tətbiqi böyük məbləg tələb etmir. İtirilməsi baxımından ordunun heç bir halda döyüş hazırlığına xələl gətirmir”.

Hərbi ekspert müqayisə üçün bildirir ki, adoğrudur, viasiyanın zərbə qüvvəsi daha böyükdür. Amma bizdə də PUA- ların atəş gücünə, təyinatına, daşıdığı faydalı yükün miqdarına görə müxtəlif versiyaları var. Bir aviasiya vasitəsinin yerinə yetirdiyi vəzifəni biz bir neçə PUA ilə həm maliyyə, həm itkilər, həm də mənəvi baxımdan heç bir geriləməyə şərait yaratmadan yerinə yetirə bilirik.

 Rübabə Mirismayılqızı, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO