Hulusi Kılıç: “Qarabağda ədalət bərpa olunur” – ÖZƏL  

Hulusi Kılıç: “Qarabağda ədalət bərpa olunur” – ÖZƏL  

Hazırda oxunan: Hulusi Kılıç: “Qarabağda ədalət bərpa olunur” – ÖZƏL  

155964

“Qarabağda başlayan antiterror tədbirlərinin Azərbaycanın xeyrinə bitməsini və ordumuzun heç bir itki verməməsini arzulayıram. Bu gün şəhid olan polislərimizə Allahdan rəhmət, ailələrinə başsağlığı Alllahdan səbr diləyirəm”.  

Bu sözləri Bizim.Media-ya açıqlamasında, Türkiyənin Azərbaycandakı keçmiş səfiri Hulusi Kılıç səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

SON DƏQİQƏ: Qarabağda antiterror əməliyyatları BAŞLADI


Azərbaycanın bu günə qədər səbrlə Qarabağdakı erməni hərbi birləşmələrinin getməsini gözlədiyini söyləyən keçmiş səfir 2020-ci ilin noyabr ayında imzalanan üçtərəfli bəyanatı yenidən xatırladıb: 

“Bu bəyənatın şərtlərinə görə, həmin qüvvələr Qarabağdan çəkilməli idi. Ancaq təəssüf ki, aradan 3 il keçsə də, bu şərtlər yerinə yetirilmədi. Üstəlik, mülki vətəndaşlara, polislərə və hərbçilərə qarşı terror və təxribat törətməkdə davam etdilər. Azərbaycan öz ərazilərində xarici silahlı birləşmələrin olmasına icazə verə bilməzdi”. 

Türkiyənin, hazırda Qarabağda davam edən antiterror əməliyyatını dəstəklədiyini deyən müsahibimiz, bu əməliyyatların legitim olduğunu da diqqətə çatdırdı: 

“Bu barədə kiminsə və ya hansısa dövlətin bir söz deməsinə və ya irad bildirməsinə haqqı çatmır. Azərbaycan nə istəyirsə, dövlətimiz verməyə hazırdır. Bu əməliyyatların qısa müddətdə bitməsini və bütün ərazilərə nəzarəti ələ keçirməsini gözləyirik. Dünya ictimai rəyi də bunu bilsin və erməni yalanlarına inanmasın.  

BMT-nin müvafiq qərarlarına rəğmən Azərbaycan torpaqları düz 30 il ermənilərin işğalı altında qaldı və ATƏT-in Minsk Qrupu heç bir iş görmədi.

Amma Ali baş Komandan, cənab İlham Əliyev bölgədə ədaləti bərpa etdi. Hazırkı tədbirlər də ədalətin bərpa olunması və daxili sabitliyi təmin edilməsi üçün həyata keçirilir. Hansısa bir dövlətin bu əməliyyata fərqli baxmamasını istəyirik”. 

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO