Azərbaycan XİN Qarabağdakı qondarma seçkiləri tanımayan dövlətlərə TƏŞƏKKÜR EDİB 

Azərbaycan XİN Qarabağdakı qondarma seçkiləri tanımayan dövlətlərə TƏŞƏKKÜR EDİB 

Hazırda oxunan: Azərbaycan XİN Qarabağdakı qondarma seçkiləri tanımayan dövlətlərə TƏŞƏKKÜR EDİB 

155802

Türkiyə, Pakistan, Ukrayna, Böyük Britaniya, Gürcüstan, Moldova, Rumıniya, Macarıstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Almaniya, ABŞ, İran, habelə Birləşmiş Millətlər Təşkilatı, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı kimi beynəlxalq təşkilatlar bəyanat verərək qondarma və qanunsuz “seçkiləri” pisləyib, onun legitimliyini tanımayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə sentyabrın 18-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun və xarici işlər nazirinin muavini Fariz Rzayevin iştirakı ilə Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus üçün təşkil olunan brifinqdə bildirilib. 

"Fürsətdən istifadə edərək, beynəlxalq hüququ dəstəkləyən və Ermənistan tərəfinin bu qanunsuz, qeyri-legitim və təxribat xarakterli addımına qarşı açıq şəkildə çıxış edən bütün dövlətlərə və beynəlxalq təşkilatlara təşəkkür edirik", - brifinqdə vurğulanıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO