“Qarabağ erməniləri Bakı ilə dialoqa başlamalıdır” - Şarl Mişel 

“Qarabağ erməniləri Bakı ilə dialoqa başlamalıdır” - Şarl Mişel 

Hazırda oxunan: “Qarabağ erməniləri Bakı ilə dialoqa başlamalıdır” - Şarl Mişel 

155788

"Laçın-Xankəndi və Ağdam-Xankəndi yolundan yüklərin eyni vaxtda keçməsini alqışlayırıq". 

Bizim.Media xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel "X" (tvitter) hesabında yazıb. 

O qeyd edib ki, artıq Qarabağın erməni sakinlərinə yardımlar aparılır. 

"Laçın və Ağdam üzərindən yüklərin eyni vaxtda keçməsini alqışlayırıq. Artıq bu proses tam qaydaya salınmalıdır. Həmçinin Bakı və Qarabağın erməni sakinləri arasında hüquq və təhlükəsizlik məsələləri üzrə danışıqlara başlamaq da vacibdir. Avropa İttifaqı bunu dəstəkləməyə hazırdır",- Ş.Mişel bildirib. 
Qeyd edək ki, sentyabrın 18-də Ağdam-Xankəndi və Laçın-Xankəndi yolundan Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yük avtomobilləri keçib. Belə ki, Qarabağdakı qanunsuz rejim BQXK-nin Xankəndi ofisinin və Rusiya sülhməramlılarının komandanlığının birgə təklifini qəbul edib. Bu da onların Azərbaycanın şərtlərinə tabe olduğunu göstərir. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO