Separatçılar üçün SON ŞANS – “Dialoq da başlaya bilər, antiterror əməliyyatları da”

Separatçılar üçün SON ŞANS – “Dialoq da başlaya bilər, antiterror əməliyyatları da”

Hazırda oxunan: Separatçılar üçün SON ŞANS – “Dialoq da başlaya bilər, antiterror əməliyyatları da”

155769

Qarabağdakı hərbi xunta Azərbaycanın şərtlərinə tabe olaraq, nəhayət Ağdam-Xankəndi yolunun da açılmasına razılıq verdi. Bundan sonra Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq istifadə olunacaq. Onun nəticəsində sentyabrın 18-dən başlayaraq, hər iki yol fəaliyyətə başlayıb. Əslində isə bu barədə razılıq sentyabrın 1-də əldə edilib. Ancaq sonra ermənilər prosesin reallaşmasını bir qədər uzadıblar.

Sözügedən yolun açılması heç şübhəsiz Azərbaycanın diplomatik yolda qazandığı növbəti qələbəsidir. Əsas məsələ isə odur ki, həmin yol Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası yolunda atılan addımlardan biridir. Mövcud vəziyyət belə deməyə əsas verir ki, bundan sonra reinteqrasiya prosesi daha geniş vüsət alacaq. 

Bu mənada maraqlıdır, görəsən Azərbaycanın reinteqrasiya yolunda sonrakı addımı nə olacaq?

Bizim.Media-ya açıqlamasında Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədov bildirib ki, reinteqrasiya yolunda növbəti addım dialoq da ola bilər, antiterror əməliyyatı da. 
 

MÖVZU İLƏ BAĞLI:

Separatçılar şərtlərimizlə razılaşdı - Yüklər, həmçinin Ağdam-Xankəndi yolu ilə çatdırılacaq


Hər şey ermənilərin sərgiləyəcəyi mövqedən asılı olacaq:

“Hər iki yolun açılmasının əsas mənası odur ki, bütün dünyaya nümayiş olunan “humanitar fəlakət”in səbəbkarı Azərbaycan deyil. İkinci bir tərəfdən, bu artıq reinteqrasiya yolunda atılan növbəti addım oldu. Çünki yardım göstərməyə hazır olan ölkələr, təşkilat və qurumlar həmin yükləri sözügedən əraziyə yalnız Azərbayan qanunvericiliyinə uyğun olaraq çatdırmalıdırlar. 
Sənədləşmədən prosesindən başlayaraq, yükləri daşıyan Qırmızı Xaç Cəmiyyətinin maşınlarının nömrəsi Azərbaycanda qeydiyyatdan keçmiş maşınlardır. Bunlar hamısı reinteqrasiyadan keçmək yolunda mesajlardır”. 

Ekspert qeyd edir ki, Xankəndidən gələn bəyanatlar onların bu yolların açılması ilə yanaşı, tez bir zamanda dialoqun keçirilməsini istədiklərini də göstərir: 

“Görünən odur ki, yollardan artıq istifadə olunur və bu zaman Azərbaycan qanunvericiliyi əsas götürülür. Xankəndidən gələn bəyanatlar göstərir ki, onlar bu yolların açılması ilə yanaşı, tez bir zamanda dialoqun keçirilməsini də istəyirlər. Hərbi diktatura nümayəndələri bildiriblər ki, onlar artıq humanitar və təhlükəsizlik məsələlərinin müzakirəsi üçün rəsmi Bakı ilə dialoqa hazırdır. 

Bundan öncə Azərbaycan dialoq təklif edəndə ermənilər onu inkar etdilər. İndi isə artıq Azərbaycanın şərtləri ilə razılaşıb dialoqa gəlirlər. Ermənilər anlamalıdır ki, humanitar yüklər öz yerində, üzərlərinə götürdükləri öhdəlikləri də yerinə yetirməlidirlər. Lakin Qarabağda qanunsuz silahlı dəstələrin qalması hələ də ən böyük problemlərdən biridir. Belə olan halda, humanitar yardımla yanaşı, orada hərbi əməliyyatın keçirilməsi də gözləniləndir”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO