Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü OLMAYACAQ 

Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü OLMAYACAQ 

Hazırda oxunan: Nyu-Yorkda Azərbaycan və Ermənistan XİN başçılarının görüşü OLMAYACAQ 

155756

BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında görüş nəzərdə tutulmayıb. 

Bizim.Media “report.az”a istinadən xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib. 

Onun sözlərinə görə, C.Bayramovun proqramında belə bir görüş yoxdur. 

Azərbaycan XİN başçısının digər görüşlərinə gəldikdə isə A.Hacızadə bildirib ki, bu barədə görüşlər keçirildikcə məlumat veriləcək. 
Qeyd edək ki, Ermənistan mətbuatı Nyu-Yorkda C.Bayramov və A.Mirzoyan arasında görüşün keçirilə biləcəyinə dair məlumat yayıb. 

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO