"Əldə olunmuş razılaşmalara baxmayaraq, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı marionet rejim əvvəldən Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda işləməsinə mane oldu və vəziyyətin humanitar deyil, siyasi xarakter daşıdığını bir daha sübut etdi".
Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" hesabında yazıb.
"Azərbaycan öz suveren torpağında yeganə qərar qəbul edən ölkə olaraq uzun müddətdir ki, yüklərin çatdırılması üçün Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının eyni vaxtda istifadəsi təklifini dəstəkləmiş və təcrübəçi tərəfdaşlarla danışıqlarda bu təklifin həyata keçirilməsinə razılıq verdi.
Lakin təəssüflər olsun ki, əldə olunmuş razılaşmalara baxmayaraq, Ermənistan və onun Azərbaycanın Qarabağ bölgəsində yaratdığı marionet rejim əvvəldən bunun həyata keçirilməsinə mane oldu və vəziyyətin humanitar deyil, siyasi xarakter daşıdığını bir daha sübut etdi.
Daha əvvəl qeyd edildiyi kimi, Azərbaycan Laçın sərhəd-keçid məntəqəsində gömrük və sərhəd prosedurlarına riayət olunmaqla, Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarının paralel istifadəsini təmin etməyə hazırdır",- o vurğulayıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:07 / 18.09.2023
“Separatçılar Ağdam-Xankəndi yolundan istifadəyə mane olur” – RƏSMİ BAKI
Hazırda oxunan: “Separatçılar Ağdam-Xankəndi yolundan istifadəyə mane olur” – RƏSMİ BAKI
Hazırda oxunan: “Separatçılar Ağdam-Xankəndi yolundan istifadəyə mane olur” – RƏSMİ BAKI
155729
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.