İrana hücum planı AKTİVLƏŞDİRİLİR – Ermənistana qüvvələr toplanacaq, sonra isə...

İrana hücum planı AKTİVLƏŞDİRİLİR – Ermənistana qüvvələr toplanacaq, sonra isə...

Hazırda oxunan: İrana hücum planı AKTİVLƏŞDİRİLİR – Ermənistana qüvvələr toplanacaq, sonra isə...

155684

Rusiyanın hərbi-analitik dərgisi “WarQonzo” Ermənistan ətrafındakı vəziyyəti təhlil edərək belə bir qənaətə gəlib ki, kollektiv Qərb Paşinyanın köməyi ilə Ermənistanı açıq-aşkar Tehrana hücum üçün tramplinə çevirir. 

İranın Paşinyanın ABŞ və onların əsas və əsas düşmənləri olan İsraillə münasibətləri ilə bağlı heç bir illüziyası yoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Böyük güclərin Zəngəzurda toqquşan MARAQLARI – Kim savaşı başlatmaq İSTƏYİR? 


Kollektiv Qərb və İsrail Paşinyanın köməyi ilə Ermənistanı açıq-aşkar Tehrana hücum üçün tramplin edir. 

Qeyd edək ki, sentyabrın 11-dən başlayaraq, ABŞ Ermənistanla birgə bu ölkədə hərbi təlimlər keçirir. Həmin təlimlər sentyabrın 20-dək davam edəcək. Keçirilən bu təlimlər isə Rusiyadan daha çox İranı əndişələndirir. İran anlayır ki, Cənubi Qafqazda Qərbin təsir dairəsinin güclənməsi Rusiya kimi onun özü üçün də təhlükə yaradır.  

Maraqlıdır, ABŞ Ermənistanda hərbi varlığını artıra bilərmi? Belə olarsa, ondan İrana qarşı istifadə ehtimalı nə dərəcədə realdır?  

Bizim.Media-ya açıqlama verən politoloq Tofiq Abbasovun fikrincə, ABŞ-ın belə bir planı ola bilər, amma onun reallaşması son dərəcədə müşküldür: 

“ABŞ çoxdandır bu plan üzərində işləyir. İranla bilavasitə həmsərhəd olan dövlətlərin hamısı bu kontekstdə ABŞ tərəfindən nəzərdən keçirilib. Ermənistan daxilində boşluqların olması, Paşinyanın zəif, müti mövqe sərgiləməsi də bizə Qərbdə Ermənistandan İrana qarşı istifadə olunması planı üzəridə işləyənlərin olduğunu söyləməyə əlavə ip ucları verir.  

Amma Ermənistandan bu istiqamətdə tramplin kimi istifadə edilməsi bir qədər müşkül məsələdir. Çünki hələ ki, Ermənistanda Rusiya amili ciddi faktor olaraq qalır. Burada Rusiya hərbi bazasının, habelə İrəvanın KTMT-nin üzvü olması fonunda Ermənistanın Rusiya kəşfiyyat orqanlarının ciddi nəzarəti altında olması heç kimdə şübhə doğurmur. Belə olanda, qeyd edildiyi kimi, Qərbin Ermənistandan İrana qarşı istifadə etmək planı olsa da, onun reallaşmasına başlanılsa, birmənalı olaraq rus kəşfiyyatı ondan xəbər tutacaq.  

Rusiya ilə İran arasında hazırda müttəfiqlik münasibətlərinin olduğunu nəzərə alsaq, Moskva Ermənistanda proseslər sözügedən istiqamətdə gedəcəyi təqdirdə, məlumatları birmənalı şəkildə bilavasitə Tehrana örürəcək.  

Digər tərəfdən İranın özünün də Ermənistanda ciddi kəşfiyyat şəbəkəsi var. Bu mənada sözügedən plan ola bilər, amma onun reallaşması son dərəcədə müşküldür. Çünki Ermənistanda İran biznesi də inkişaf edir. Habelə, İran orada yerləşdirdiyi təşkilat və təsisatlardan həm də kəşfiyyat məqsədlərilə istifadə edir”.  

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO