“Biz Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan məsələləri nə Ermənistanla, nə də heç bir üçüncü ölkə ilə müzakirə etməyəcəyik”.
Bizim.Media xəbər verir ki, bunu TASS-a müsahibəsində Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
“Azərbaycanın mərkəzi hökuməti ilə Qarabağdakı etnik erməni azlığı arasında dialoq üçün hansısa “beynəlxalq mexanizmlər” yaratmaq mövzusunu gündəmə gətirməklə dövlətimizin daxili işlərinə qarışmaq cəhdləri iflasa məhkumdur.
Qarabağ Azərbaycanın daxili məsələsidir və bunu mübahisələndirmək cəhdləri regionda davamlı sülhə nail olmaq perspektivləri baxımından əks nəticə verir” – H.Hacıyeb bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:57 / 16.09.2023
“Qarabağ Azərbaycanın daxili məsələsidir” - Prezidentin köməkçisi
Hazırda oxunan: “Qarabağ Azərbaycanın daxili məsələsidir” - Prezidentin köməkçisi
Hazırda oxunan: “Qarabağ Azərbaycanın daxili məsələsidir” - Prezidentin köməkçisi
155446
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.