Ərdoğan Türkiyənin Misaki Milli sərhədlərini xatırlatdı

Ərdoğan Türkiyənin Misaki Milli sərhədlərini xatırlatdı

Hazırda oxunan: Ərdoğan Türkiyənin Misaki Milli sərhədlərini xatırlatdı

155186
Moderator.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən Beynəlxalq Hüquq Konfransında çıxışında Türk əsgərlərinin İraqdan çəkilməsini tələb edənlərə Türkiyənin Misaki Milli sərhədlərini xatırladıb.
“Kimsə bizim İraqdan çəkilməyimizi gözləməsin. Çünki İraqda bizim üçün bir tarix var. Bəyəfəndilər arzu etsələr, Misaki Milli sərhədlərimizə baxsın, onda səbəbini daha yaxşı başa düşəcəklər. Bizim Mosulda qardaşlarımız var. Ərəblər, türkmənlər, kürdlər.”x9d


Xatırladaq ki, Misaki Milli (Milli And) bəyannaməsi 28 yanvar 1920-ci ildə Osmanlı dövlətinin son parlament iclasında qəbul edilib. Türkiyə Respublikasının mövcud sərhədləri Osmanlının süqutu ərəfəsində qəbul edilən 6 maddədən ibarət bu bəyannamənin əsasında müəyyən olunub.

Misaki Milli sərhədlərinə Türkiyənin mövcud sərhədləri ilə yanaşı Suriyanın Hələb və şimalındakı ərazilər, Şimali İraqın Mosul, Kərkük, Ərbil şəhərləri və ətraf əraziləri, Naxçıvan MR, Erməstanın mövcud sərhədləri daxilində qalan Zəngəzur, Dərələyəz vilayətləri, Kipr adası, Yunanıstanın Egey dənizindəki adaları, Qərbi Trakya daxildir.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO