"Fəxri qonağımız olan İlham Əliyevi ayrıca salamlamaq istərdim" - Tokayev

Hazırda oxunan: "Fəxri qonağımız olan İlham Əliyevi ayrıca salamlamaq istərdim" - Tokayev

155176

Prezident İlham Əliyevin Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə iştirakı xalqlarımızın dostluq və anlayış bağlarını hərtərəfli möhkəmləndirmək üzrə həqiqi səylərindən xəbər verir.

Bizim.Media xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Mərkəzi Asiya Dövlət Başçılarının 5-ci Məşvərət görüşündə çıxışında deyib.

"Fəxri qonağımız olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi ayrıca salamlamaq istərdim. Qardaş Azərbaycanın liderinin iştirakı xalqlarımızın çoxəsrlik dostluq və anlayış bağlarını hərtərəfli möhkəmləndirmək üzrə həqiqi səylərindən qətiyyətlə xəbər verir.
Əminəm ki, bugünkü sammit, həqiqətən, əlamətdar olacaq və çoxplanlı əməkdaşlığımızın gələcək taleyini müəyyən edəcək", - Qazaxıstan prezidenti deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO