Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev amerikalı ermənipərəst senator, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezə cavab verib.
Bizim.Media xəbər verir ki, Hikmət Hacıyev bununla bağlı "X" platformasında ("Twitter") paylaşım edib.
“Konqresmen Menendez ciddi korrupsiya iddialarına cavab vermək əvəzinə Senatın Xarici Əlaqələr Komitəsinə yalan məlumat və saxta şəkillərlə yalan danışır.
Şəkildə təqdim olunan şəxs xərçəng xəstəliyindən dünyasını dəyişib. Ermənilər özləri də tibbi sübutlar təqdim etdikdən sonra bu çılpaq yalandan istifadə etdikləri üçün utanırlar. Bu cür lobbiçilik, “pul danışır” yanaşması, azərbaycanlılara və başqalarına qarşı açıq-aşkar yalan və irqçi nifrət ABŞ Konqresinin imicinə və qlobal reputasiyasına xələl gətirir", - Hikmət Hacıyev paylaşımında qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:40 / 13.09.2023
Ermənipərəst senatorun lobbiçiliyi Konqresin reputasiyasına xələl gətirir - Hikmət Hacıyev
Hazırda oxunan: Ermənipərəst senatorun lobbiçiliyi Konqresin reputasiyasına xələl gətirir - Hikmət Hacıyev
Hazırda oxunan: Ermənipərəst senatorun lobbiçiliyi Konqresin reputasiyasına xələl gətirir - Hikmət Hacıyev
154988
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.