Qərbi Azərbaycan İcmasından Avropa İttifaqına ÇAĞIRIŞ 

Qərbi Azərbaycan İcmasından Avropa İttifaqına ÇAĞIRIŞ 

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasından Avropa İttifaqına ÇAĞIRIŞ 

154987

Avropa İttifaqının 2023-cü il 12 sentyabr tarixli və son günlər verdiyi digər açıqlamalarda ikili standartlar prizmasından yanaşmaqda davam etməsi təəssüf doğurur. 

Bu barədə Bizim.Media-ya Qərbi Azərbaycan İcmasından bildirilib. 

“Sual meydana çıxır ki, gərginliyin azaldılmasının vacibliyindən, sülhdən danışan Avropa İttifaqı nəyə görə Ermənistan rəhbərliyini öz ordusunun qalıqlarını Azərbaycanın suveren ərazilərindən çıxarmağa, təxribatçı açıqlama və hərəkətlərə son qoymağa, qeyri-qanuni erməni dəstələrinin tərksilah edilməsinə çağırmır? 
Avropa İttifaqı öz bəyanatlarında Qarabağın Azərbaycana məxsus olmasını aydın şəkildə göstərməlidir. Ermənistan hakimiyyətinin Azərbaycanın ərazi bütövlüyünü ən azı sözdə tanıdığı bir vaxtda Avropa İttifaqının “Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti” kimi ifadə işlədərək ərazinin kimə məxsus olmasını bildirməməsi, “Stepanakert” adının qeyd edilməsi tamamilə qəbuledilməzdir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi heç bir Avropa İttifaqı ölkəsinin ərazi bütövlüyü və suverenliyindən əksik deyildir. 

Avropa İttifaqının Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərini qeyri-qanuni rejimin ətrafında birləşməyə çağırması Azərbaycanın konstitusiyasına və suverenliyinə hörmətsizlikdir. 

Avropa İttifaqının “Qarabağ ermənilərinin nümayəndələriilə gündəlik təmaslarda olması” da ikili standartların bariz nümunəsidir.

Azərbaycandan “Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün onlarla dialoq aparması”nı gözləyən Avropa İttifaqı nədənsə Ermənistanı deportasiya etdiyi Qərbi azərbaycanlılar ilə dialoqa çağırmır. 

Avropa İttifaqı onun Azərbaycan cəmiyyətində imicinə xələl yetirən belə ədalətsiz siyasətdən çəkinməlidir”, - məlumatda bildirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO