“Region ölkələrinin faydalanacağı Zəngəzur dəhlizinin yekunlaşması üçün Azərbaycanla birgə yaxın fəaliyyət göstəririk”.
Bizim.Media “Türkiye” qəzetinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbulda keçirilən Türk Dövlətləri Təşkilatının Multimodal Nəqliyyat və Logistika Forumu çərçivəsində azərbaycanlı jurnalistlətə müsahibəsində deyib.
O, Azərbaycan tərəfinin artıq bununla bağlı işlərə davam etdiyini qeyd edib:
“Ermənistan ərazisində də Zəngəzur dəhlizi ilə bağlı müəyyən yol qət etmişik və inanıram ki, Azərbaycan, Türkiyə və Ermənistan olaraq qısa zamanda həyata keçirəcəyik”.
Nazir bildirib ki, Zəngəzur dəhlizi layihəsi ilə regionda bir sıra yeni fürsətlər açılıb:
“Bu kommunikasiya Qafqazda normallaşma prosesi üçün həyati əhəmiyyət daşıyır”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:33 / 13.09.2023
Türkiyəli nazir: “Zəngəzur dəhlizinin reallaşması üçün çalışırıq”
Hazırda oxunan: Türkiyəli nazir: “Zəngəzur dəhlizinin reallaşması üçün çalışırıq”
Hazırda oxunan: Türkiyəli nazir: “Zəngəzur dəhlizinin reallaşması üçün çalışırıq”
154964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.