Bolqarıstan prezidenti:

Bolqarıstan prezidenti: "Azərbaycanın sülh danışıqlarını dəstəkləyirik"

Hazırda oxunan: Bolqarıstan prezidenti: "Azərbaycanın sülh danışıqlarını dəstəkləyirik"

154958

"Azərbaycan və Bolqarıstan sadəcə strateji tərəfdaş ölkələr deyil, həm də çox yaxın ölkələrdir. Ölkələrimiz arasında yüksək səviyyəli siyasi dialoq müntəzəm xarakter daşıyır".

Bizim.Media xəbər verir ki, bu sözləri Bolqarıstan prezidenti Rumen Radev Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan və Bolqarıstan beynəlxalq müstəvidə baş verən bir çox proseslərdə də eyni baxışlara malikdir, hər iki ölkənin regionların sabitliyinə və təhlükəsizliyinə dair mövqeləri eynidir.
Prezident Rumen Radev digər sahələrdə olduğu kimi, parlamentlər arasında əməkdaşlığın vacibliyini qeyd edərək, bu istiqamətdə də təmasların sıxlaşdırılmasının ikitərəfli münasibətlərin daha da inkişafına töhfə verəcəyini bildirib. 

O, həmçinin regionda sülhün və təhlükəsizliyin təmin olunmasını istədiklərini, sülh danışıqlarını dəstəklədiklərini diqqətə çatdırıb.

Rumen Radev ölkələrimiz arasında enerji sahəsində də uğurlu nəticələrin müşahidə edildiyini qeyd edərək bildirib ki, Azərbaycan qazı artıq Bolqarıstana gəlib çatıb:

"Strateji tərəfdaşlıq münasibətlərimiz yalnız enerji sahəsini əhatə etmir. Ölkələrimiz arasında digər sahələrdə də uğurlu əlaqələr mövcuddur. Azərbaycan və Bolqarıstan Avropa İttifaqının enerji təhlükəsizliyi ilə bağlı strateji baxışını icra etdi".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO