Spiker: “Beynəlxalq ictimaiyyət qondarma rejimin \

Spiker: “Beynəlxalq ictimaiyyət qondarma rejimin \"seçkiləri\"ni qəti şəkildə pisləməlidir”

Hazırda oxunan: Spiker: “Beynəlxalq ictimaiyyət qondarma rejimin \"seçkiləri\"ni qəti şəkildə pisləməlidir”

154890

“Azərbaycanın Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni, qondarma rejimin “prezident seçkiləri” ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün növbəti dəfə aşkar formada pozulmasıdır. Bu təxribatçı addım, eyni zamanda, Azərbaycan Konstitusiyasının və qanunvericiliyinin, habelə beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır”. 

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Milli Assambleyasının sədri Rosen Jelyazkovla görüşdə deyib. 

Onun sözlərinə görə, beynəlxalq birliyin bütün üzvləri beynəlxalq hüquq çərçivəsində üzərilərinə götürdükləri öhdəliklərə uyğun olaraq, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bu akta düzgün siyasi qiymət verməli, təcavüzkar separatizmə qarşı öz səslərini ucaltmalı və adıçəkilən qanunsuz fəaliyyətləri qəti şəkildə pisləməlidirlər.
Görüşdə, həmçinin Ermənistanın “blokada”, “humanitar böhran” barədə yalan və əsassız iddiaları ilə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birbaşa hədəfə aldığını qeyd edən Milli Məclisin sədri diqqətə çatdırıb ki, delimitasiya olunmamış sərhəddə və Qarabağ bölgəsində hərbi təxribatlar törətməkdə davam edir, Azərbaycan ərazisində qeyri-qanuni dislokasiya olunmuş 10 minlik silahlı birləşmələrinə texniki, hərbi və maliyyə dəstəyini davam etdirərək əvvəllər əldə olunmuş razılaşmaları və normallaşma prosesini pozur.

Ermənistanın yeganə məqsədi bütün mümkün vasitələrlə Azərbaycan ərazisində separatizmi davam etdirməkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO