Türkiyənin hakim “Ədalət və İnkişaf Partiyası”nın (AK Partiya) sözçüsü Ömər Çelik Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”in qanunsuz olduğunu açıqlayıb.
Bizim.Media xəbər verir ki, Çelik bu barədə bu gün keçirilən mətbuat konfransında danışıb.
“Qarabağda qondarma “seçkilər” heç bir halda qanuni ola bilməz. Separatçıların qeyri-legitim “seçkilər”i və Ermənistanın Azərbaycanla sərhəddə əlavə qüvvələrin toplanması regionda sülhə təhlükə yaradır”.
Çelik Türkiyənin ehtiyac yaranarsa, Azərbaycana dəstək olacağını da vurğulayıb:
“Türkiyə müharibədə olduğu kimi, bu gün də Azərbaycanın yanındadır. Təxribatlar baş verə bilər, lakin bunlar heç kimin xeyrinə olmayacaq. Hər kəsin sülh və qanuna əsaslanan mövqe tutması vacibdir”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:16 / 12.09.2023
Ömər Çelik: “Türkiyə müharibədə olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”
Hazırda oxunan: Ömər Çelik: “Türkiyə müharibədə olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”
Hazırda oxunan: Ömər Çelik: “Türkiyə müharibədə olduğu kimi, bu gün də Azərbaycanın yanındadır”
154883
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.