Ağdam-Xankəndi yolu AÇILDI – Ermənilərin reinteqrasiyası üçün TARİXİ İMKAN 

Ağdam-Xankəndi yolu AÇILDI – Ermənilərin reinteqrasiyası üçün TARİXİ İMKAN 

Hazırda oxunan: Ağdam-Xankəndi yolu AÇILDI – Ermənilərin reinteqrasiyası üçün TARİXİ İMKAN 

154834

Xəbər verdiyimiz kimi, Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yük avtomobili bu gün səhər saatlarında nəhayət Ağdamdan keçərək, Xankəndinə çatıb. Bu isə o deməkdir ki, Azərbaycanın Qarabağın erməni sakinlərinə humanitar yükün daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə etmək təklifi artıq reallığa çevrilib. 

Bununla da Azərbaycan növbəti mühüm diplomatik qələbəyə imza atdı. Çünki həmin addımla Qarabağa göndəriləcək zəruri mal və məhsullar məhz bölgənin tamhüquqlu və suveren sahibi olan Azərbaycanın ərazisindən keçməklə həyata keçirildi.

Yaranmış vəziyyət İrəvanın humanitar istiqamətdə uydurduğu siyasi şounun tam iflasa uğraması, onun ifşasıdır. Aydın məsələdir ki, Rusiyanın göndərdiyi humanitar yükün ardınca, Azərbaycanın da göndərdiyi anoloji yük karvanı da yaxınlarda elə həmin Ağdam yolu vasitəsilə Xankəndinə çatdırılacaq. 
Ən mühümü isə odur ki, bu addımla Ağdam-Xankəndi yolunun açılması ilə bərabər, ermənilərin Azərbaycana reinteqrasiya qapısının açılmasının da əsası qoyulur. 

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirir ki, Qarabağda yaşayan ermənilər Ağdam-Xankədi yolunun açılması ilə Azərbaycana reinteqrasiya etmək üçün unikal imkanlar əldə edirlər:
 

MÖVZU İLƏ BAĞLI:

Ağdam-Xankəndi yolu açıldı: Rusiyanın yük avtomobili keçdi - FOTO/VİDEO


“Humanitar yükün daşınması fonunda Ağdam-Xankəndi yolunun açılması Azərbaycanın mühüm diplomatik qələbəsi olmaqla yanaşı, heç şübhəsiz həm də Qarabağda yaşayan ermənilərin Azərbaycana reinteqrasiyası qapısının açılması deməkdir. Qarabağda yaşayan ermənilər aydındır ki, Xankəndidəki terrorçu rejimin əlində girova çevrilib. 

Onlar gördü ki, Azərbaycanın təzyiqləri qarşısında qondarma rejim davam gətirə bilmir.  Azərbaycanın işi haqq işidir. Hesab edirəm ki, Ağdam-Xankədi yolunun açılması Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası üçün də yeni imkanlar yaradır. 

Onların qondarma rejimin tör-töküntülərinin əsarətində qalmaq, yoxsa inkişaf edən Azərbaycanın tərkibində olmaq üçün analiz etmələri, qiymətləndirmə aparmalarına yeni imkanlar yaradır. Onlar bununla Azərbaycana reinteqrasiya etmək üçün unikal imkan əldə etmiş olurlar”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO