Putin Kəlbəcəri və Laçını ermənilərə vermək istədiyini etiraf edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında danışıb.
“Biz Azərbaycanın iki rayonunun - Kəlbəcər və Laçının, bütün Qarabağın faktiki olaraq Ermənistanın yurisdiksiyasında qalması ilə bağlı Ermənistana təklif etdik və Azərbaycanla razılığa gəlməyi dedik. Lakin Ermənistan rəhbərliyi bununla razılaşmadı”, deyə o, qeyd edib.
Bizim.Media