Rusiyanın yük avtomobili Xankəndiyə ÇATDI - FOTO/VİDEO

Rusiyanın yük avtomobili Xankəndiyə ÇATDI - FOTO/VİDEO

Hazırda oxunan: Rusiyanın yük avtomobili Xankəndiyə ÇATDI - FOTO/VİDEO

154748

Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən yük avtomobili Xankəndiyə çatıb. 

Bizim.Media xəbər verir ki, bu barədə "Telegram" kanallarında görüntülər yayılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Ağdam-Xankəndi yolu açıldı: Rusiyanın yük avtomobili keçdi - FOTO/VİDEO


Qeyd edək ki, bu gün səhər saatlarında Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü Ağdam rayonundan keçərək, Xankəndiyə doğru hərəkət edib. 

Xatırladaq ki, Rusiya hökumətinin təşəbbüsü ilə Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Rusiya Qızıl Xaç Cəmiyyətinin birgə əməkdaşlıq memorandumuna əsasən, Rusiya tərəfindən Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni sakinlərinin ərzağa olan ehtiyaclarının qarşılanması məqsədilə Rusiya Qızıl Xaç Cəmiyyəti tərəfindən göndərilən ərzaq və qeyri-ərzaq məhsulları ilə dolu, ümumilikdə 1 TIR ərzaq yükü 2 gündür Bərdə şəhərində gözlədilirdi. Separatçı erməni dəstələri humanitar yardımın Ağdam-Xankəndi yolu ilə Xankəndiyə getməsinə maneə törədirdi. 
 




Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO