Rusiyadan gələn yük hələ də Bərdədə dayanır - Separatçılar qəbul etmir

Rusiyadan gələn yük hələ də Bərdədə dayanır - Separatçılar qəbul etmir

Hazırda oxunan: Rusiyadan gələn yük hələ də Bərdədə dayanır - Separatçılar qəbul etmir

154535

Bu gün ərzində Rusiyadan gələn yük, hansı ki, saat 10 radələrində Ağdama çatmalı idi, hələ də Bərdədə dayanır. Əsas səbəb isə həmin yükün Qarabağ separatçıları tərəfindən qəbul edilməməsidir.

Bizim.Media xəbər verir ki, eyni zamanda Laçın sərhəd-buraxılış məntəqəsinin  yaxınlığında Ermənistan ərazisində BQXK-nın bir tırı hazır dayanır.

Baxmayaraq ki, Azərbaycan tərəfi onun sərhəddən keçidini Azərbaycan Respublikasının qanunveriçiliyinə uyğun şəkildə təmin etməyə hazırdır, Qarabağ separatçıları həm də bu yükü qəbul etmək istəmirlər. Çünki bu halda BQXK-nın bir tırı paralel olaraq Ağdam yolundan da Əsgəran istiqamətinə daxil olmalıdır, separatçılar isə bundan imtina edirlər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO