Pakistan Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsində qeyri-qanuni erməni qüvvələrinin nəzarətində olan ərazilərdə keçirilən qondarma "prezident seçkisi"ni pisləyib.
Bizim.Media xəbər verir ki, bu barədə Pakistan XİN-nin yaydığı bəyanatda deyilir.
MÖVZU İLƏ BAĞLI:
İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzi erməni provakasiyalarını pisləyən BƏYANAT YAYDI
Mənbə qeyd edir ki, Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir:
"Qeyri-qanuni qurulmuş rejim tərəfindən hər hansı qondarma seçkilərin keçirilməsinə cəhdi hüquqi və mənəvi cəhətdən qınayırıq. Bu cür cəhd həm də BMT Nizamnaməsi və formalaşmış beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır”.
Bizim.Media