Təəssüf ki, Azərbaycanla münasibətləri normalalşdırmaq istədiyini bildirən İran yenə də ermənipərəst siyasət yürütməkdə davam edir. Belə ki, hələ də İran vasitəsilə Ermənistana hərbi texnika və silah ötürülür. Bununla bağlı Telegram kanallarında görüntülər yayılıb.
Videodan aşkar görünür ki, İran üzərindən Ermənistana hərbi texnikalar və silahların göndərilməsi prosesi gecə saatlarında həyata keçirilir.
Bakı ilə İrəvan arasındakı gərginliyin yeni mərhələyə qədəm qoyduğu bir vaxtda, İrandakı rejim Ermənistan ordusunu gücləndirmək üçün əlindən gələni edir. Aydındır ki, bu silahlar Ermənistana elə-velə verilmr. Görünən odur ki, həmin hərbi texnika və silahları alan Ermənistan sülhün əldə olunması prosesindən getdikcə daha da uzaqlaşacaq. Belə vəziyyətdə isə ermənilərin növbəti təxribatı qaçılmazdır.
Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, İrandan Ermənistana silah-sursatın gəlməsi eskalasiyanın artmasına, qarşıdurma meyllərinin güclənməsinə xidmət edir:
“Azərbaycan prosesləri nəzarətdə saxlamaqla bu tip hərəkətlərin nəyə yönəldiyini bilir.
Bu yaxınlarda yayılan məlumata görə Yunanıstan, Hindistan, Fransa, Kipr və İrandan ibarət yeni strateji alyans yaranacaq. Zəngəzur dəhlizi ətrafında da düşmənin çabalarını görürük. Şimal-Cənub dəhlizi uğrunda da ciddi mübarizə gedir. Hindistan da bu prosesə qatılır ki, İran vasitəsilə Ermənistan, Gürcüstan və Qara dənizdən Avropaya yaxın çıxış əldə etsin.
Onları birləşdirə biləcək məsələ sözsüz ki, dəhliz məsələsidir. Digər tərəfdən, həmin ölkələrin iştirakı ilə aralarında maddi-texniki əməkdaşlığın güclənməsini görürük. Mürtəce qüvvələr Qafqazda qarşıdurma teatrı formalaşdırmağa çalışır. İndi bu qarşıdurmanın yeni mərhələsinin şahidi oluruq. Azərbaycan və Türkiyə çalışır ki, Ermənistanın dağıdıcı addımlarının qarşısını alsınlar.
Buna baxmayaraq görürük ki, düşmən tərəf və onun hamiləri bölgədə gərginliyin aradan qaldırılmaması üçün əlindən gələni edir.
Bölgəmizdə növbəti təxribatların alovlanmasında sözsü ki, silah-sursat satışı ilə məşğul olan qüvvələr, Fransanın başçılığı ilə alyans yaradan qüvvələr maraqlıdır. Fransa əcaib, ağılasığmaz yanaşma sərgiləyir. O bir tərəfdən guya sülh prosesinə maraq göstərir, digər tərəfdən isə sülhə maneə olan qüvvəni dəstəkləyir”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:40 / 09.09.2023
İran Ermənistanı Azərbaycana qarşı TƏXRİBATA HAZIRLAYIR – DETALLAR
Hazırda oxunan: İran Ermənistanı Azərbaycana qarşı TƏXRİBATA HAZIRLAYIR – DETALLAR
Hazırda oxunan: İran Ermənistanı Azərbaycana qarşı TƏXRİBATA HAZIRLAYIR – DETALLAR
154278
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.