17 sentyabr Nikol Paşinyanın sonu ola bilər – TƏHLİL 

17 sentyabr Nikol Paşinyanın sonu ola bilər – TƏHLİL 

Hazırda oxunan: 17 sentyabr Nikol Paşinyanın sonu ola bilər – TƏHLİL 

154234

Son vaxtlar Paşinyanın Qərbyönümlü ritorikaları artıb. Bunun da bəlli səbələri var. Ermənistan çətin günlər yaşayır. Rusiyadan aldığı maliyyə yardımları azalıb. Qərb isə istənilən iqtisadi dəstəyi vermir. Üstəlik, Azərbaycanla diplomatik savaşdakı uğursuzluq Ermənistana yaxşı heç nə vəd eləmir.

Təbii ki, bütün bu problemlərin tək səbəbkarı baş nazir Nikol Paşinyandır. Çünki, o  siyasətdə yarıtmaz və qətiyyətsizdir. 

Məhz bu qətiyyətsizlik üzündə Ermənistanda  xaotik vəziyyət yaranıb. Paşinyan ölkəni Qərbə sürükləyir. Lakin, Rusiyadan iqtisadi-siyasi və hərbi asılılıq ona istədiyi manevr imkanları vermir.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyanın Rusiyaya XƏYANƏTİ - Moskva Ermənistanı necə CƏZALANDIRACAQ?


Rusiya da Ermənistana daha əvvəlki  qədər diqqət ayırmır. Bunun da müəyyən səbəbləri var. Rusiya Ukrayna müharibəsindən və Beynəlxalq sanksiyalardan ciddi əziyyət çəkir.

Bu səbəbdən Moskvanın Ermənistan siyasətində  müəyyən dəyişikliklər edilib. Yəni Kremlə daha əvvəlki qədər Ermənistana iqtisadi yardım edə bilmir.

Rusiya-Azərbaycan münasibətləri ən üst səviyyəyə qalxıb.

Və indiki münasibətlər də Kremli qane edir. Ona görə də Ermənistanın maraqlarına görə Rusiya Azərbaycanla münasibətləri korlamaq istəmir.

Paşinyan Rusiyanın kadrı deyil. 

Bildiyimiz kimi əvvəlki prezidentlər Koçaryan və Sarkisyan Kremlə bağlı idilər. Lakin, Paşinyan Qərbin adamıdır. Ona görə də Moskva Paşinyanın işlərinin normalda getməsinə o qədər də maraqlı deyil. Məhz bu 3 səbəb üzündən Rusiya ən azı müəyyən vaxta qədər Ermənistanın üzərindən əlini çəkib. Öz “krışası”nı itirən Ermənistan höküməti də vəziyyətdən çıxış ümidi ilə çırpınır.

17 sentyabr Paşinyan üçün sınaq günüdür

Belə bir həssas məqamda İrəvanda mer seçkiləri də qapını kəsib. Sentyabrın 17-də İrəvanda mer seçkiləridir. Bu seçki isə onsuz da çətin durumda olan Paşinyan üçün əsl sınaqdır. Əgər Paşinyanın namizədi seçkilərdə qalib gəlməsə onda bu Paşinyanın baş nazir postundan getməsi prosesini xeyli sürətləndirəcək. Çünki, İrəvanda bir milyondan artıq erməni yaşayır. Bu da ölkə əhalisinin təxminən yarısıdır. Ona görə də Paşinyan və onun komandası təlaş içərisindədir. 

Bu səbəbdən nə edəcəyini bilməyən Paşinyan və onun komanda üzvləri daxili auditoriyaya hesablanmış anti-Azərbaycan və anti-Rusiya bəyanatlarının sayını çoxaldıblar.

Məhz bu cür bəyanatlarla Paşinyan komandası yenidən seçicilərin etimadını qazanmaq istəyir.

Bu mənada 17 sentyabr seçkilərinin yekunları Ermənistanda çox şeyi dəyişə bilər. Ola bilsin ki, Rusiyameyilli ultra millətçilər seçkini qazansın. Bu isə Paşinyan üçün sonun başlanğıcı olacaq. Ona görə də son günlər Paşinyan və onun komandası radikal bəyanatların sayını artırıblar. Bəs, bu populizminin bir nəticəsi olacaqmı? Bu sualın cavabını sentyabrın 17-də biləcəyik.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO