Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

Hazırda oxunan: Ceyhun Bayramov ABŞ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşma prosesini müzakirə edib

154152

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim arasında telefon danışığı baş tutub.

Telefon danışığı zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyi, regionda mövcud vəziyyət, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olunub. 

Bu barədə Bizim.Media-ya Azərbaycan XİN-dən məlumat verilib. 

C.Bayramov bölgədə cari vəziyyət barədə qarşı tərəfi ətraflı məlumatlandıraraq Ermənistanın Azərbaycana qarşı hərbi-siyasi təxribatlarının, vəziyyəti təhrif edən manipulyasiyalarının artması fonunda bu ölkənin beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə istiqamətlənən propaqandasının reallıqları əks etdirmədiyini diqqətə çatdırıb. 

Bölgədə guya “çətin humanitar vəziyyət” və “blokada”nın mövcudluğu ilə bağlı əsassız iddialar bəhanəsi ilə ölkəmizin daxili işlərinə, o cümlədən Qarabağ bölgəsində yaşayan erməni sakinlərin cəmiyyətimizə reinteqrasiyası səylərinə müdaxilələrin qəbuledilməz olduğu diqqətə çatdırılıb. 
Azərbaycan tərəfindən Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan istifadə etməklə erməni sakinlərə yüklərin daşınması, buna paralel olaraq Laçın yolundan istifadənin intensivləşməsi barədə əldə edilmiş razılıqların Ermənistan və onun yaratdığı qondarma rejim tərəfindən son anda pozulmasının yaranmış vəziyyətin humanitar deyil, siyasi manipulyasiya olduğunu göstərdiyi bildirilib. 

Postmünaqişə dövründə bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində yaranmış tarixi şansın əldən verilməməsi üçün beynəlxalq ictimaiyyət tərəfindən Ermənistanın təxribatçı addımlarının, o cümlədən Azərbaycan ərazilərində yaradılmış qondarma rejimi dəstəkləyən bəyanatlarının kəskin pislənməsi və qınanmasının zəruriliyi vurğulanıb. 

Ermənistan tərəfinin sülh prosesini təhdid altında qoyan bəyanat və addımlarına baxmayaraq, normallaşma gündəliyinin irəli aparılmasında qərarlı olduğumuz, lakin bu mövqeyimizə sadiqliyimizin, ərazi bütövlüyümüz və suverenliyimizə qarşı yönələn hər hansı təhdidin qarşısını almaq hüququmuza xələl gətirmədiyi diqqətə çatdırılıb. 
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO