Elçin Əmirbəyov: “Ermənistan hələ də 10 min əsgərini Qarabağdan çıxarmayıb”

Elçin Əmirbəyov: “Ermənistan hələ də 10 min əsgərini Qarabağdan çıxarmayıb”

Hazırda oxunan: Elçin Əmirbəyov: “Ermənistan hələ də 10 min əsgərini Qarabağdan çıxarmayıb”

154148

 “Ermənistan hələ də 10 min əsgərini Azərbaycanın suveren ərazisi olan Qarabağdan çıxarmayıb”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “Deutsche Welle”yə müsahibəsində deyib. 

O qeyd edib ki, Ermənistan bu cür davranışı ilə 10 noyabr tarixli Üçtərəfli Bəyanatın bir sıra bəndlərinə əməl etməyib.
Baş nazir Paşinyanın Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyünü tanıdığını deməsi onun əməllərinə uyğun gəlmir. 

“Azərbaycan sülh danışıqlarında iştirak etmək üçün əlindən gələni edir. Təəssüf ki, Ermənistan 2020-ci ilin noyabrında əldə edilmiş üçtərəfli atəşkəs razılaşmasının bir sıra bəndlərini yerinə yetirmədi”, - deyə Elçin Əmirbəyov əlavə edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO