Çində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli ilə Moldovanın mədəniyyət naziri Sergiu Prodan arasında görüş olub.
Bu barədə Bizim.Media-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, A.Kərimlinin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin Çinə səfəri davam edir. Səfər çərçivəsində o, moldovalı həmkarı ilə bir araya gəlib.
Görüşdə iki ölkə arasında mədəni əlaqələrin mövcud vəziyyətinə nəzər salınıb, bu sahədə gələcək əməkdaşlığın daha geniş potensiala malik olduğu vurğulanıb.
S.Prodan gələn il Azərbaycanda Moldova mədəniyyəti günlərinin keçirilməsi təklifi ilə çıxış edib. Bu təkliflə bağlı fikir mübadiləsi aparılıb.
Bizim.Media

- A-
- A
- A+
Siyasət
13:20 / 07.09.2023
Azərbaycan və Moldovanın mədəniyyət nazirləri Çində bir araya gəldi - FOTO
Hazırda oxunan: Azərbaycan və Moldovanın mədəniyyət nazirləri Çində bir araya gəldi - FOTO
Hazırda oxunan: Azərbaycan və Moldovanın mədəniyyət nazirləri Çində bir araya gəldi - FOTO
154080
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.