Türk dövlətlərində təbii fəlakətlərlə bağlı birgə mərkəzlər yaradılacaq

Türk dövlətlərində təbii fəlakətlərlə bağlı birgə mərkəzlər yaradılacaq

Hazırda oxunan: Türk dövlətlərində təbii fəlakətlərlə bağlı birgə mərkəzlər yaradılacaq

154074

"Bugünkü görüş hər hansı bir üzv dövlətlərin ərazisində təbii fəlakət baş verərsə, həmin ölkələrin xilasedicilərinin müəyyən vaxt gözləmədən orada iştirak etməsi və yaradılacaq mərkəzlərlə bağlı idi".

Bizim.Media xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşündən sonra jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov bildirib.

Onun sözlərinə görə, təşkilatın növbəti iclası bir müddət sonra Qazaxıstanda keçiriləcək:

"Orada zirvə toplantısı olacaq və sənədlər imzalanacaq. Bir neçə yerdə birgə mərkəzlər yaradılacaq. Bu, üzv dövlətlərin ərazilərində yerləşəcək".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO