İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə sahəsində İsveçrə ilə əməkdaşlıq müzakirə olunub

İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə sahəsində İsveçrə ilə əməkdaşlıq müzakirə olunub

Hazırda oxunan: İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə sahəsində İsveçrə ilə əməkdaşlıq müzakirə olunub

154009

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov İsveçrənin Türkiyə, Azərbaycan və Gürcüstandakı hərbi attaşesi, Baş Qərargah polkovniki Diter Viki ilə görüş keçirib. 

ANAMA-dan Bizim.Media-ya verilən məlumata görə, görüşdə, Agentliyin qarşısında duran məqsəd və vəzifələr, fəaliyyət dövründə gördüyü işlər, təlim imkanları, eləcə də işğaldan azad olunmuş ərazilərdə mina və partlayıcı sursatlarla çirklənmə səviyyəsi, bu təhlükə ilə mübarizə istiqamətində göstərilən fəaliyyət və əlaqəli şəkildə icra edilən yenidənqurma işləri barədə təqdimat nümayiş olunub. 

Hərbi attaşe Azərbaycanın üzləşdiyi mina problemi barədə ətraflı məlumatlandırılıb. 

Görüşdə iki ölkə arasında humanitar minatəmizləmə sahəsində gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO