Ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 6-da Şuşa şəhərinə gəlib.
Bizim.Media xəbər verir ki, Slovakiya nümayəndə heyəti ilə Azərbaycan Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov arasında görüş keçirilib.
Görüşdə Aydın Kərimov Boris Kolların Şuşaya ikinci səfərini yüksək qiymətləndirib. Azərbaycan və Slovakiya şəhərləri arasında olan münasibətlərin inkişafı, ikitərəfli əlaqələrin müsbət yöndə irəlilədiyi diqqətə çatdırılıb.
Qonaqlara işğaldan azad edilmiş Şuşada sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan obyektlər haqqında geniş məlumat verilib. Burada 1 nömrəli tam orta məktəbin və Şuşa şəhər xəstəxanasının tikildiyi bildirilib.
Təəssüflə qeyd olunub ki, Şuşa şəhərinin bütün tarixi məkanları, o cümlədə qədim məhəllələr, məscidlər, bulaqlar və digər abidələr erməni vandalizminə məruz qalıb.
Şuşa işğal altında olarkən mədəni irsimizə böyük zərbə vurulub, tarixi abidələrimiz dağıdılıb, məscidlərimiz təhqir edilib.
Boris Kollar isə öz növbəsində iki ölkə arasındakı diplomatik münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini deyib. İşğaldan azad edilmiş ərazilərdə olmağın onlarda xoş təəssürat hissi yaratdığını bildirib.
Görüşün sonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi və Slovakiya Respublikası Milli Şurasının sədri bir-birlərinə öz ölkələrinə məxsus hədiyyələr təqdim ediblər.
Xatırladaq ki, bu, Boris Kolların Şuşaya ikinci səfəridir. O, bundan əvvəl Şuşada ötən il iyunun 11-də olub.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
16:22 / 06.09.2023
Slovakiya Milli Şurasının sədri 2-ci dəfə Şuşaya getdi - FOTO
Hazırda oxunan: Slovakiya Milli Şurasının sədri 2-ci dəfə Şuşaya getdi - FOTO
Hazırda oxunan: Slovakiya Milli Şurasının sədri 2-ci dəfə Şuşaya getdi - FOTO
153943
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.