Macarıstan şirkəti Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpasına kömək edəcək

Macarıstan şirkəti Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpasına kömək edəcək

Hazırda oxunan: Macarıstan şirkəti Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpasına kömək edəcək

153933

“Macarıstan şirkətinin işğaldan azad edilmiş Cəbrayıl rayonunun Soltanlı kəndinin yenidən qurulmasında iştirakı Bakı ilə Budapeşt arasında ikitərəfli əməkdaşlığın inkişafına müsbət təsir göstərəcək və iki ölkə xalqlarının yaxınlaşmasına töhfə verəcək”.

Bizim.Media xəbər verir ki, bunu “Report”a açıqlamasında təhlükəsizlik siyasəti üzrə macar ekspert Atilla Demko bildirib.

Onun sözlərinə görə, Macarıstan Azərbaycanla dostluq münasibətlərinin və mədəni-tarixi əlaqələrin qorunub saxlanmasına böyük önəm verir: “Azərbaycan da öz növbəsində Macarıstanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır”.

Digər macarıstanlı politoloq Zoltan Kisellinin fikrincə, Bakı ilə Budapeşt arasında enerji əməkdaşlığı bir çox Qərbi Avropa ölkələrinin Azərbaycanın təbii qazını kəşf etməsindən xeyli əvvəl başlayıb:

“Macarıstan təkcə Azərbaycanla enerji əməkdaşlığında maraqlı deyil. Məsələn, Macarıstan şirkəti Cəbrayıl rayonunun Soltanlı kəndinin bərpasına kömək edəcək.

Beləliklə, Macarıstan hökuməti postmünaqişə bölgələrində yaşayış şəraitinin yaxşılaşdırılmasına töhfə vermək niyyətindədir”.
O, həmçinin Azərbaycan, Macarıstan, Gürcüstan və Rumıniya arasında Qara dəniz vasitəsilə elektrik enerjisinin ötürülməsi üçün sualtı kabel layihəsinin əhəmiyyətini vurğulayaraq onu strateji layihə adlandırıb.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO