Yenidən qeydiyyata alınan partiyaların neçə ÜZVÜ VAR? – SORĞU 

Yenidən qeydiyyata alınan partiyaların neçə ÜZVÜ VAR? – SORĞU 

Hazırda oxunan: Yenidən qeydiyyata alınan partiyaların neçə ÜZVÜ VAR? – SORĞU 

153740

Partiyalar haqqında yeni qanunun tələblərindən irəli gələrək, siyasi təşkilatlar birinci mərhələdə aşkar edilən nöqsanları aradan qaldıraraq, artıq üzvlərin siyahısını növbəti dəfə Ədliyyə Nazirliyinə təqdim etməyə başlayıblar. Son məlumatlara görə Ağ Partiyanın ardınca daha 3 partiya, Ümid, Milli Dirçəliş Hərəkatı və Vətəndaş Həmrəyliyi Partiyaları da dövlət qeydiyyatına alınıb.   

Bizim.Media-ya açıqlamasında VHP sədrinin müavini Samir Əsədli bildirir ki, 8686 nəfərlik siyahı ilə təşkilat üzvlərinin reyestri nəhayət təsdiq olunub:
 

MÖVZU İLƏ BAĞLI:

Qeydiyyatsız fəaliyyət göstərən partiyalar CƏRİMƏLƏNƏCƏK 


“Birinci mərhələdə 9246 nəfərin siyahısını təqdim etmişdik. Ədliyyə Nazirliyi bəzi qüsurlar aşkarladıqdan sonra, onların aradan qaldırılması üçün dəqiqləşdirmə apardıq. Ölənlər, adı təkrar olunanlar siyahıdan çıxarıldı. Digər partiyalarla eynilik təşkil edənləri dəqiqləşdirdik. Belədə 82 rayon üzrə 8686 nəfərlik yeni siyahını təqdim etdik. 

Onlarla bağlı heç bir irad bildirilməyib. VHP bundan sonra da əvvəlki axarı ilə fəaliyyətini davam etdirəcək. Gələn il keçiriləcək bələdiyyə seçkilərinə hazırlaşırıq.

Həmçinin, yeni qanunun qəbulu ilə əlaqədar olaraq, növbəti mərhələdə partiyanın nizamnaməsini yeni qanuna uyğunlaşdırmalıyıq. Habelə, partiyanın proqramını da təqdim etməliyik. Yaxın günlərdə onları da Ədliyyə Nazirliyinə təqdim edəcəyik. 

Ondan sonra yeni qanuna uyğun partiyanın qeydiyyatı da təsdiq olunacaq. Gələn il üçün həm də partiyanın növbəti qurultayı gözlənilir”. 

MDHP-nin sədri Fərəc Quliyev qeyd edir ki, 6289 üzvlə reyestrdən keçiblər:

“İlkin olaraq 10202 nəfərin siyahısını təqdim etmişdik. Yoxlamalar nəticəsində 200-dən bir qədər çoxunun dünyasını dəyişdiyi bəlli oldu. 180-ə qədər üzv isə bir neçə partiyanın üzvü kimi qeyd edilirdi. Habelə, adı təkrarən bir neçə dəfə qeyd edilənlər olub.

Soğru zamanı, 194 nəfər partiyamızın üzvü olmadığını bildirib. 3 min nəfərə qədər üzvümüzün adı və soyadında texniki səhvlər var idi. 

Sonuncu etapda nəhayət tam dürüstləşdirilmiş 6289 nəfərlik siyahını təqdim etdik. Ədliyyə Nazirliyi də artıq dünən məlumat verdilər ki, artıq reyestr üzrə qeydiyyatdan keçmişik. Bu gün və ya sabah artıq qeydiyyatdan keçməklə bağlı məktubu götürəcəyik. Ondan sonra bir ay müddətində qurultay keçirəcəyik”.

Ümid Partiyasının sədrinin təşkilat məsələləri üzrə müavini Taleh Əliyev 5300 nəfərlik siyahı ilə reyestrdən keçdiklərini bildirib:

“Siyasi partiyalar haqqında yeni qanunun tələbinə uyğun olaraq Ümid Partiyası birinci dəfə 5200-dən çox siyahı təqdim etdi. Araşdırmalardan sonra həmin siyahıda bəzi dəqiqləşdirmələr aparılmasına ehtiyac yarandı. Hardasa  2 minə yaxın insanla əlaqə saxlamaq mümkün olmamışdı. 60-a yaxın partiya üzvünün sənədlərin təqdim edildiyi müddət ərzində vəfat etdiyi aşkarlandı. Bəzi üzvlərimizin adı başqa partiya siyahılarında da gedirdi. 

Araşdırma nəticəsində bəlli oldu ki, onlar əvvəllər başqa partiyalarda olsalar da, son bir neçə ildə Ümiddə siyasi fəaliyyətini davam etdirən şəxslərdir. Bütün məsələlər araşdırıldıqdan sonra, ikinci mərhələdə 5300 nəfərin siyahısını təqdim etdik. Nəticədə, təşkilatımız dövlət reyestrinə yenidən daxil edildi. 
Qeydiyyatla bağlı rəsmi məktubu da yenicə almışıq. Yeni qanunun tələblərinə uyğun olaraq partiyanın nizamnaməsində dəyişiklik edilib. İndi də təşkilatın yerli strukturlarının yeni qanuna müvafiq formada formalaşdırılması prosesi gedir”.


QEYD: Material Medianın İnkişafı Agentliyinin elan etdiyi müsabiqənin qaydalarının 8-ci Maliyyə yardımının göstərilməsi müddəasının 6.3.2. fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi - bəndinə uyğun olaraq hazırlanıb.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO