Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sabah Bakıya səfərə gəlir.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, türkiyəli nazir 6-8 sentyabrda Bakı şəhərində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin Təbii Fəlakət və Fövqəladə Halların İdarəedilməsi üzrə Nazirlərinin ikinci iclasında iştirak edəcək.
Həmçinin, Şimali Kipr Türk Cümhuriyyətinin daxili işlər naziri Dursun Oğuz da həmin tədbirdə iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Xatırladaq ki, tədbir çərçivəsində “Bakı-2023” Beynəlxalq təliminin keçirilməsi planlaşdırılır.
Təlimdə TDT-yə üzv dövlətlərin fövqəladə halların idarə edilməsi üzrə aidiyyəti qurumlarının xilasetmə qüvvələrinin iştirakı nəzərdə tutulur.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:57 / 05.09.2023
Türkiyənin daxili işlər naziri sabah Bakıya gəlir
Hazırda oxunan: Türkiyənin daxili işlər naziri sabah Bakıya gəlir
Hazırda oxunan: Türkiyənin daxili işlər naziri sabah Bakıya gəlir
153720
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.