Boqdan Bezbalko: “Putin və Ərdoğanın yaxınlaşması Qarabağ probleminin həlli deməkdir” – ÖZƏL

Boqdan Bezbalko: “Putin və Ərdoğanın yaxınlaşması Qarabağ probleminin həlli deməkdir” – ÖZƏL

Hazırda oxunan: Boqdan Bezbalko: “Putin və Ərdoğanın yaxınlaşması Qarabağ probleminin həlli deməkdir” – ÖZƏL

153617

“Mənə elə gəlir ki, Qafqazda baş verən digər məsələlər kimi Azərbaycan və Ermənistan arasındakı problemlərin həllini birdəfəlik çözmək getdikcə çətinləşir. Buna misal olaraq Cənubi Osetiyada yaşayan gürcülərlə osetinlər arasındakı məsələni göstərmək olar. Hansı ki, bu münaqişə 20-ci əsrin 20-ci illərindən bəri davam edir. Azərbaycan Ermənistan arasındakı gərginliyə gəldikdə isə bu məsələ çoxşaxəlidir”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Rusiya Prezidenti yanında Beynəlxalq Münasibətlər Şurasının üzvü, politoloq Boqdan Bezpalko deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ərdoğanla Putinin görüşündə Cənubi Qafqazdakı vəziyyət də MÜZAKİRƏ EDİLİB 


Qarabağda gərginliyin artmasını şərh edən politoloq, vəziyyətin getdikcə daha da qəlizləşdiyinə diqqət çəkib:

“İki problem yaşanmaqdadır. Birincisi, Qarabağ ərazisində, ermənilərin yaşadığı Azərbaycan torpaqları, ikincisi isə Zəngəzur dəhlizinin açılmasıdır. Hazırda Qarabağda baş verən proseslər bir azda beynəlxalq qüvvələrdən asılıdır. Sözsüz ki, burada ən çox təsir göstərən qüvvələrdən biri Rusiyadır. Lakin hazırda Rusiyanın başı müharibəyə qarışıb. Buna görə də, Qafqazda hansısa hərbi münaqişəyə qatılmaq rusiya üçün əlverişli deyil. 

Belə vəziyyətdə Rusiya orada ancaq sülhməramlı qüvvələri yerləşdirməklə kifayətlənir. Nə qədər ki, Qarabağ ərazisində erməni əsilli şəxslər olacaq, bu problem də sona kimi davam edəcək. Ancaq mən inanmıram ki, kimsə erməni əsilli sakinlərə qarşı orada soyqırım törədər. 
Məndə olan məlumatlara görə, hətta belə bir təklifdə irəli sürülmüşdü ki, orada olan erməniləri Ermənistana köçürsünlər və orada onları hər cür şəraitlə təmin etsinlər. Əgər belə olarsa, orada yaşayan ermənilər bununla razılaşarsa, o zaman, hardasa Qarabağ münaqişəsi öz həllini tapmış olar. Münaqişə təkcə ərazilər üzərində baş vermir, münaqişələr insanlar üzərinədə də baş verir”.

Bezpalko bildirib ki, Azərbaycan güclü ölkədir və oradakı ermənilərin həyat şəraitinin yaxşılaşdırılması üçün də xeyli vəsaitə sahibdir: 

“Qarabağ münaqişəsi öz həllini taparsa, onda sadəcə Zəngəzur dəhlizi məsələsi gündəmdə olacaq. Əgər tərəflər qarşılıqlı olaraq özlərinin sərhədləri haqda razılaşma əldə edərlərsə, Zəngəzur dəhlizi ətrafındakı məsələ də asanlıqla öz həllini tapacaq. Azərbaycan müharibədə qalib gəlib. 

Məncə Azərbaycan tərəfi bu əhali üçün hər bir şəraiti təmin etmək gücündədir. Buna görə də, mən hesab edirəm ki, bu məsələni antiterror əməliyyatı ilə yox, daha asan yollarla həll etmək mümkündür”.

Bu gün Soçidə Ərdoğanla Putin görüşünə də diqqət çəkən analitik, müzakirə mövzuları arasında Qarabağ məsələsinin olmasını istisna etmir. O əlavə edib ki, ümumilikdə Ankara və Moskva yaxınlaşmasında ən qazanclı tərəf məhz Azərbaycandır:

“Məncə Türkiyə ilə Rusiyanın yaxınlaşması Azərbaycanda əmin-amanlığın qarantıdır. Əgər Rusiya ilə Türkiyə hansısa bir razılaşma əldə edərsə, məncə bu, Qafqazda da gələcəkdə sabitliyin hökm sürəcəyinin bir işarəsidir. Hazırda nə Rusiya, nə də Türkiyə regionda hərbi münaqişənin baş  verməsinin tərəfdarı deyil. Buna Qarabağ da daxildir. Düşünürəm ki, Türkiyə ilə Rusiya hansısa razılıq əldə edərlərsə, bu, Türkiyənin müttəfiqi olan Azərbaycan üçün də sərfəlidir. Yəni bu zaman Qarabağ probleminin həlli hərbi yolla deyil, sülh yolu ilə öz həllini tapmış olar”.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO