“Sərhəd təxribatları Qarabağda antiterror əməliyyatlarına mane OLA BİLMƏZ”

“Sərhəd təxribatları Qarabağda antiterror əməliyyatlarına mane OLA BİLMƏZ”

Hazırda oxunan: “Sərhəd təxribatları Qarabağda antiterror əməliyyatlarına mane OLA BİLMƏZ”

153610

Xəbər verdiyimiz kimi, ötən həftə sonları Ermənistan sərhəddə Azərbaycanın Kəlbəcər istiqamətindəki mövqelərini atəşə tutub. Nəticədə iki əsgərimiz yaralanıb. Ermənilər isə daha böyük itkiyə məruz qalıblar. Belə ki, düşmən tərəfdən 4 hərbçi məhv edilib. 

Ermənistanın sərhəddəki son təxribatı bir sıra səbəblərdən qaynaqlana bilər.

Ola bilsin İrəvan qondarma rejimin keçmiş başçısı Araik Arutyunyanın istefasından sonra Azərbaycan tərəfinin antiterror əməliyyatlarına başlaya biləcəyini düşündüyündən, sərhəddə təxribata əl atmaqla guya onun qarşısını almaq məqsədi güdüb. 

Bizim.Media-ya açıqlamasında politoloq Amid Əliyev bildirir ki, ermənilərin sərhəddə törətdikləri son təxribatlar heç bir halda Azərbaycan tərəfindən başlana biləcək antiterror əməliyyatının qarşısını almaq gücündə deyil: 
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanla sərhəddə təxribat törədən iki erməni hərbçisi MƏHV EDİLDİ 


“Arutyunyanın istefası həm Qarabağda yerləşmiş separatçılar daxilində ziddiyyətlərdən, həm də Azərbaycan tərəfindən edilən təzyiqlərdən yaranmış siyasi fonda baş tutub. Qarabağda yerləşmiş qanunsuz erməni silahlı birləşmələri Azərbaycanın milli maraq və təhlükəsizliyinə ciddi təhlükə mənbəyi olaraq qalır. 

Eyni zamanda mütəmadi olaraq onların Ermənistan siyasi hakimiyyəti tərəfindən qanunsuz olaraq silahlandırılması və maliyyə yardımının göstərilməsi bu təhlükəni daha da real edir. Nəzərə almaq lazımdır ki, sərhəddə baş verən təxribatlar Aİ-nın mülki missiyasının gözü qarşısında baş verir və bölgəyə daşınan silahlar Rusiya sülhməramlıları tərəfindən müşayiət edilir. Onda aydın olur ki, hər iki aktor təxribatların baş verməsində və təşkilində əsas cavabdehlərdir”.

Ekspertin fikrincə, sərhədlərin faktiki müəyyənləşməməsi bu təxribatların davamlı olacağını deməyə əsas verir: 

“Hər iki məntəqə Azərbaycan üçün olduqca vacib və həssas məntəqələrdir. Sonda Azərbaycan sərhədlərin müəyyən edilməsini öz üzərinə götürüb bu məsələyə son nöqtəni qoya bilər.
Qarabağda yaşayan separatçıları fəaliyyətinə gəldikdə isə hazırda bölgədə ikitirəlik və üçtirəlilik meyillərini görmək olur. Belə bir məqamda diqqəti yayındırmaq və ərazidəki erməni əhalini daha da konsolidasiya etmək üçün təbii ki, Azərbaycana qarşı təxribatlar həyata keçirmək və Azərbaycanı düşmən qismində şişirtmək üçün silahlı təxribatlara əl atılma ehtimalı çoxdur”.

Politoloq qeyd edir ki, separatçıların başında kimin olmasından asılı olmayaraq, Azərbaycan legitim hüququndan istifadə edərək məsələni yerindəcə həll edəcək:

“Ərazi total olaraq Azərbaycan ordusunun nəzarətindədir. Bütün sosial, iqtisadi təzyiqlər davam etdirilir ki, ermənilər reinteqrasiya prosesinə başlasınlar. Lakin, onu da yaddan çıxarmaq olmaz ki, hər gün silahlanan separatçılar bu prosedə heç də maraqlı olmayacaqlırını da ortaya qoynmaqla Azərbaycana başqa həll variantı vermirlər. Nəticədə separatçıların başında kimin olmasından asılı olmayaraq Azərbaycan legitim hüququndan istifadə edərək məsələni yerində həll edəcək”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO