İranın növbəti XƏYANƏTİ – Tehranın erməniləri silahlandırmaq planının PƏRDƏARXASI

İranın növbəti XƏYANƏTİ – Tehranın erməniləri silahlandırmaq planının PƏRDƏARXASI

Hazırda oxunan: İranın növbəti XƏYANƏTİ – Tehranın erməniləri silahlandırmaq planının PƏRDƏARXASI

153592

İran erməni terror qruplarına silah-sursat daşınmasını bərpa edib. Yayılan görüntlərdə İran rejiminin hərbi yük maşınları Azərbaycanın Qarabağ sərhədlərinə doğru irəliləyir. 

Bu görüntülər bir daha göstərir ki, müsəlman birliyindən dəm vuran Tehran rejimi islam ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirən bir ölkəyə dəstək olmaqda davam edir. Belədə, İranın səmimi olmadığı bir daha üzə çıxır. 

Bizim.Media-ya açıqlamasında politoloq Taleh Əliyev bildirir ki, İran İrəvana daşıdığı silahlarla özünə bağlı terrorçu şəbəkəni silahlandırıb, onları Ermənistan ərazisindən istifadə etməklə Azərbaycana qarşı da yönəldə bilər: 
 

MÖVZU İLƏ BAĞLI:

İran mətbuatı Azərbaycana qarşı təxribatlardan niyə əl çəkmir?


“İstər İran tərəfindən, istərsə də bu ölkə üzərindən Hindistanın Ermənistana silah-sursat daşınması ilə bağlı dəfələrlə müxtəlif videogörüntülərin yayılmasının şahidi olmuşuq. Qarabağdakı separatçı rejimə artıq Azərbaycanın razılığı olmadan qurudan heç bir yük daşına bilmir.

Bu mənada da İranın göndərdiyi silahlar şübhəsiz ki, Ermənistana keçirilir və həmin silahlardan istifadə etməklə düşmən tərəf Azərbaycana qarşı xain hücumlar həyata keçirir. 

Hətta İran İrəvana daşıdığı silahlarla özünə bağlı terrorçu şəbəkəni silahlandırıb,  onları Ermənistan ərazisindən istifadə etməklə Azərbaycana qarşı yönəldə bilər. Bu da İran dövlət adamlarının rəsmi səviyyələrdə Azərbaycanla bağlı verdikləri bəyanatlarda bir daha qeyri-səmimi olduqlarını göstərir. İran bununla göstərir ki, Azərbaycana deyil, onun düşmənlərinə dost ölkədir və hər fürsətdə həmin düşmənlərlə iş birliyinə girərək, ölkəmizə qarşı xain planlar hazırlayır”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO