“Əsas missiyanı mənim dövrümdə yetişən gənclər yerinə yetirdi” - Prezident

“Əsas missiyanı mənim dövrümdə yetişən gənclər yerinə yetirdi” - Prezident

Hazırda oxunan: “Əsas missiyanı mənim dövrümdə yetişən gənclər yerinə yetirdi” - Prezident

15358

“30 ildir ermənilər dağdırdılar bu torpaqları. Ancaq biz onu bərpa edəcəyik. Çünki bu torpaqların  sahibi bizik. Şuşada olarkən Azərbaycan xalqının böyüklüyünü insan dərk edir. Biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq. Biz hətta o satqınlığı edən AXC- Musavat cütlüyünün mənfur liderlərinin layiqli cəzasını verməmişdik. Halbuki onlar istənilən cəzaya layiqdir”.

Bizim.Media-nın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşada xalqa müraciətində belə deyib.

“Gənc nəslin tərbiyəsi istiqamətində məqsədyönlü siyasət aparılırdı. Və elə gənc nəsil yetişdi ki, canını fəda etdi torpaq uğrunda.

Elə gənc nəsil yetişdi ki, öz qanı-canı bahasına torpaqlarımızı düşməndən aldı. Müharibədə bütün nəsillərin nümayəndələri iştirak etdilər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim dövrümdə yetişən gənclər yerinə yetiriblər. 2003-cü ildə uşaq olan gənlər yerinə yetirib. İlk növbədə onlara borcluyuq”,- deyə prezident vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO