Korotçenko: “Biz Ermənistanı Azərbaycanla təkbətək qoymalıyıq”

Korotçenko: “Biz Ermənistanı Azərbaycanla təkbətək qoymalıyıq”

Hazırda oxunan: Korotçenko: “Biz Ermənistanı Azərbaycanla təkbətək qoymalıyıq”

153486

Xəbər verdiyimiz kimi, baş nazir Nikol Paşinyan Ermənistanın təhlükəsizlik baxımından Rusiyadan asılılığının strateji səhv olduğunu deyib.

Bizim.Media xəbər verir ki, rusiyalı siyasi ekspert, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko Ermənistan lideri Nikol Paşinyanın anti-Rusiya bəyanatlarına Facebook-da münasibət bildirib.

“Yaxşı, onda biz Ermənistanı Azərbaycanla təkbətək qoymalıyıq. Görək cənab Paşinyanın siyasi şoularının sonu necə olacaq. 2020-ci ildə Xankəndidəki rəqslərinin necə bitdiyi hamıya məlumdur”, - deyə ekspert qeyd edib.
“Paşinyan doğrudanmı düşünür ki, Fransa Ermənistanı xilas edəcək”, - deyə Korotçenko əlavə edib.

“Paşinyan Rusiya ilə münasibətlərdə nədənsə narazı olsa belə, bunu Qərb mediasına müsahibəsində söyləməyi axmaqlıqdır. Bunun üçün İrəvanla Moskva arasında müvafiq qapalı əlaqə kanalları var.

Buna cavab olaraq Rusiyada  ona heç nə deməyəcəklər, amma Kremlin “qüllələri” heç nəyi unutmur. Putinlə Ərdoğanın görüşü ərəfəsində təpik atmaq Nikol Vovayeviç üçün super axmaqlıqdır”, - deyə baş redaktor yekunlaşdırıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO