Rayon (şəhər) məhkəmələrində baxılan inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısında dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.
Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda aşağıdakı dəyişiklik edilir:
1. 58-ci hissədən “528.1 (ictimai işlər növündə inzibati tənbehin, habelə probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halları istisna olmaqla),” sözləri çıxarılsın və həmin hissəyə “maddələrində” sözündən sonra “, ictimai işlər növündə inzibati tənbehin, habelə probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi halları istisna olmaqla, Məcəllənin 528.1 və 528.1-1-ci maddələrində” sözləri əlavə edilib.
2. 58-1-ci hissədən “528.1 (ictimai işlər növündə inzibati tənbehin, habelə probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə münasibətdə),” sözləri çıxarılsın və həmin hissəyə “maddələrində” sözündən sonra “, ictimai işlər növündə inzibati tənbehin, habelə probasiya nəzarətinin tətbiqi ilə bağlı məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə münasibətdə Məcəllənin 528.1 və 528.1-1-ci maddələrində” sözləri əlavə edilib.
3. Aşağıdakı məzmunda 58-2-ci hissə əlavə edilib:
“58-2. Məcəllənin 529.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə protokol:
58-2.1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda göstərilən orqanın (qurumun) adından – inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı qəbul etmiş və həmin Siyahıda nəzərdə tutulan digər vəzifəli şəxsləri;
58-2.2. yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalara münasibətdə yerli icra hakimiyyəti orqanı adından – bu Siyahının 57.2.3-cü yarımbəndində nəzərdə tutulan vəzifəli şəxslər.”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
19:55 / 01.09.2023
Rayon (şəhər) məhkəmələrində səlahiyyətli şəxslərin siyahısında DƏYİŞİKLİK EDİLDİ
Hazırda oxunan: Rayon (şəhər) məhkəmələrində səlahiyyətli şəxslərin siyahısında DƏYİŞİKLİK EDİLDİ
Hazırda oxunan: Rayon (şəhər) məhkəmələrində səlahiyyətli şəxslərin siyahısında DƏYİŞİKLİK EDİLDİ
153245
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.