Qubaya yeni icra başçısı təyin olunan İlqar Mahmudov KİMDİR? – DOSYE 

Qubaya yeni icra başçısı təyin olunan İlqar Mahmudov KİMDİR? – DOSYE 

Hazırda oxunan: Qubaya yeni icra başçısı təyin olunan İlqar Mahmudov KİMDİR? – DOSYE 

153051

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İlqar Akif oğlu Mahmudov Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Bizim.Media xəbər verir ki, yeni icra başçısı daha əvvəl Elm və Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qubaya yeni icra başçısı TƏYİN EDİLDİ 

İlqar Mahmudov uzun illər sabiq təhsil naziri Misir Mərdanovun köməkçisi olub. O, bir müddət Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdindəki Bakı Humanitar Kollecin direktoru vəzifəsində çalışıb.

İlqar Mahmudov 2019-cu il 6 marta qədər Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini və yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri vəzifəsini icra edib.

Daha sonra isə o, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri təyin olunub. İ.Mahmudov 4 ildən çoxdur ki, bu vəzifəni icra edirdi.

Xatırladaq ki, Qubanın bundan əvvəlki icra başçısı Ziyəddin Əliyev iyunun 14-də vəzifəsindən azad edilmişdi.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO