“Ann İdalqo heç nəyi təmsil etmir. O, keçən il prezident seçkilərində 1,7% səs toplayıb. Bu dəfə o, Parisin özündə belə bələdiyyədə işləyən dövlət qulluqçularından daha az səs yığıb. Onun 2020-ci ildə yenidən seçilməsi COVİD səbəbiylə bitərəf qalması və əsas rəqiblərinin Parisin mövcud sosiologiyası üçün çox sağçı olmaları ilə əlaqədar idi. Fransadakı erməni millətçiləri tamamilə nüfuzdan düşmüş şəxslərdən istifadə edərək Azərbaycanı təxribata cəlb etməyə çalışırlar”.
Bu fikirləri Bizim.Media-ya Fransanın Xankəndiyə Paris merinin başçılığı ilə göndərdiyi “humanitar yardım”ı şərh edən fransalı tarixçi, politoloq Maksim Qoən bildirib.
MÖVZU İLƏ BAĞLI:
Ermənilər Azərbaycanın Livandakı səfirliyinə HÜCUM ETDİ - FOTO
Sayılıb-seçilməyən siyasilərin pulla satın alındığına diqqət çəkən politoloq, Fransadakı erməni icmasının Azərbaycana qarşı uğurlu olmadığını da qeyd edib:
“Bəzi Fransa bələdiyyələrinin Qarabağın separatçı bələdiyyələri ilə imzaladığı bütün “dostluq xartiyaları”nın Fransa ədliyyəsi tərəfindən ləğv edilməsindən daha çox marjinal xarakterlər maraq doğurur. Bu, 2019-2022-ci illərdə baş verib və bütün işlər bu bələdiyyələrə qarşı Makron administrasiyası tərəfindən qaldırılıb.
Müzakirə etdiyimiz şəxslər Emmanuel Makronun siyasi düşmənləridir və onların Azərbaycana qarşı bu təxribatlara əl atmasının əsas səbəblərindən biri də cənab Makronun həyatını zəhərləməkdir.
Prezident Əliyevlə Prezident Makron arasında telefon danışığından sonra Ermənistanın Demokratik Alternativ Partiyasının sədri Suren Surenyants bu gün (30 avqust) bu söhbətə açıq şəkildə istinad edərək bildirib: “Təəssüf ki, Ağdam yolu ilə Laçın arasında vahid fikir var. Paralel olaraq dəhliz açılmalıdır”, - deyə politoloq bildirib.
Fransada yaşayan ermənilərin sayının çox olduğunu deyən Qoən, səs əldə etmək üçün Fransız siyasətçilərin Azərbaycana qarşı təxribatlarının davam etdiyini də təsdiqləyib:
“Digər səbəb isə erməni millətçilərinin ən çoxu - 3 min etnik erməni seçicinin səsini satmalarıdır. Qalanları isə öz daxili çəkişmələrindən, eqoist liderliyindən bezib, hər hansı erməni təşkilatı ilə assimilyasiya və ya dağılıblar. Erməni millətçiləri hər cür vasitələrdən, o cümlədən ictimai yerlərdə ölümlə hədə-qorxu gəlmək variantından istifadə edərək, öz yalanlarını media vasitəsilə yaymaq üçün hər şeyi edirlər. Düşünürəm ki, Parisdəki səfirinizi tək buraxmamaq lazımdır”, - deyə Maksim Qoən əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media