Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcı Xocalı rayonunun Fərrux kəndindən paylaşım edib.
Bizim.Media xəbər verir ki, səfir “X” (tvitter) hesabında video paylaşaraq yazıb:
“Fərruxdayıq. Xocalı, Ağdərə, Xankəndi göründü!”
Qeyd edək ki, bu gün Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelər Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC) ərzaq yüklərinin yerləşdiyi məntəqəyə gediblər.
Bizim.Media