“Biz insanlara yardım göndərməyə qərar vermişik. Bu qərarın nəticəsi olaraq, artıq bu gün cəmiyyətin könüllüləri, işçilər, media işçiləri Ağdam ərazisində, Xankəndi sərhədində bu yardımları ötürmək niyyətindəyik”.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında AzQAC-ın prezidenti Novruz Aslan deyib.
“Məqsədimiz Qızıl Aypara Cəmiyyəti milli cəmiyyət olaraq, öz humanist prinsiplərinə əsaslanaraq, fundamental prinsiplərinə əsaslanaraq, BQXC və Aypara hərəkatının konstitusiyasına uyğun olaraq, o cümlədən milli cəmiyyətin qanunlarına uyğun olaraq bu missiyanı həyata keçirmək əzmindədir”, - N. Aslan qeyd edib.
Bizim.Media