“Parisin meri yox, Makronun özü də gəlsə, Azərbaycanın mövqeyi dəyişməyəcək” – Tofiq Zülfüqarov

“Parisin meri yox, Makronun özü də gəlsə, Azərbaycanın mövqeyi dəyişməyəcək” – Tofiq Zülfüqarov

Hazırda oxunan: “Parisin meri yox, Makronun özü də gəlsə, Azərbaycanın mövqeyi dəyişməyəcək” – Tofiq Zülfüqarov

152932

Paris şəhərinin meri Ann Hidalqonun başçılıq etdiyi fransız təxribatçı qrup artıq Ermənistandadır. Fransızlar bu gün Qərbi Zəngəzurda olub, burda müəyyən görüşlər keçiriblər. Bu görüşlərdə separatçıların “xarici işlər naziri” Sergey Qazaryan da iştirak edib. 

Fransızların növbəti təxribatçı addımı isə yəqin ki, gətirdikləri “humanitar yardım”ı Xankəndinə keçirtmək cəhdi olacaq.

Təbii ki, bu o qədər də asan məsələ deyil. Amma görünən odur ki, Fransa rəsmiləri də öz təxribatçı əməllərindən əl çəkmək fikrində deyillər.

Məsələyə sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikirlərini öyrəndik. 

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, Fransanın atdığı bu addımların heç bir mənası yoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

Makronun TIR şousu Ermənistanda – VİDEO  


“Əslində bu cür hərəkətlər Ermənistanla-Azərbaycan arasında hansısa şəkildə sülhə nail olmaq şanslarını daha da azaldır. Parisin meri yox, Makron da gəlsə, Azərbaycan öz mövqeyini dəyişən deyil. Fransanın bu cür hərəkətləri onların nə qədər gücsüz və çarəsiz olduğunun göstəricisidir. 

Sözü eşidilməyən rəsmi Paris son çarə kimi çalışır ki, Ermənistanla Azərbaycan arasında hərbi toqquşmalar baş versin. Fransanın bu pis niyyəti artıq hər kəsə bəllidir. Fransa bütün variantlardan istifadə edir ki, Cənubi Qafqaza girsin. Amma bəlli məsələdir ki, bu mümkün deyil. Fransanın buna nə hərbi, nə də ki, siyasi baxımdan imkanları yoxdur. 

Ona görə də bu cür təxribatlar rəsmi Parisə heç bir əsas verməyəcək.

Hesab edirəm ki, fransızlar bu “humanitar yardım” layihəsi ilə bir zamanlar Nensi Pelosinin istifadə etdiyi kimi öz ölkələrində siyasi dividendlər qazanmağa çalışırlar”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO