“Fransa Qarabağda müharibəni yenidən alovlandırmağa çalışır” – İqor Korotçenko

“Fransa Qarabağda müharibəni yenidən alovlandırmağa çalışır” – İqor Korotçenko

Hazırda oxunan: “Fransa Qarabağda müharibəni yenidən alovlandırmağa çalışır” – İqor Korotçenko

152917

Xəbər verdiyimiz kimi Fransa höküməti Azərbaycana qarşı növbəti təxribat hazırlayır. Belə ki, rəsmi Parisin təşəbbüsü ilə tədarük edilən “humanitar yük”lər avtomobillər vasitəsi ilə Xankəndinə yola salınacaq. Məlumdur ki, bu cür layihələr təxribat xarakterlidir və Xankəndidəki ermənilərin Azərbaycana reinteqrasiyasının qarşısını almağa yönəlib.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko da bildirib ki, Fransanın Qarabağ iqtisadi rayonuna yardım göndərməsi ancaq təxribat xarakteri daşıyır:
 

MÖVZU İLƏ BAĞLI:

BMT-dəki müzakirələr erməniləri yaxın gələcəkdə nələrə məcbur edəcək? – Rusiyalı politoloqdan MARAQLI AÇIQLAMA


“Fransanın Azərbaycanla davam edən qeyri-dostluq münasibəti Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına birbaşa əngəl törədir. Rəsmi Parisin bu cür qərəzli mövqeyi həm də Xankəndidəki ermənilərin Azərbaycana reinteqrasiyasına mane olur. Əslində, Fransa iki qonşu xalq arasında nifrəti körükləyir, bununla da müharibənin yenidən alovlanmasına çalışır”.

İqor Korotçenko onu da qeyd etdi ki, rəsmi Parisin “humanitar dəstəyi” Cənubi Qafqazda sülhə yox, silahlı münaqişəyə xidmət edir:

“Makronun erməni sevgisi hər kəsə bəllidir. Bu sevgi əslində Fransadakı erməni diasporunun üzüyola mövqeyindən qaynaqlanır. Ona görə də Fransanın Cənubi Qafqazla bağlı istənilən addımı birtərəflidir, qərəzlidir. Halbuki, Fransanın erməni separatçılarını dəstəkləməsi beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə hörmətsizlikdir. Əslində Fransanın bu cür ikili siyasəti dünyanın onlarla ölkəsində öz təsdiqini tapıb”.

Surxay Atakişiyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO