Qərbi Azərbaycan İcmasından Fransaya sərt CAVAB 

Qərbi Azərbaycan İcmasından Fransaya sərt CAVAB 

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasından Fransaya sərt CAVAB 

152830

“Fransa prezidenti və xarici işlər nazirinin son açıqlamaları bir daha onu göstərir ki, rəsmi Paris bütün səviyyələrdə və bütün platformalarda Azərbaycana qarşı düşmən münasibətini davam etdirir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı açıqlamada bildirilib. 

"Görünür, irqçiliyə qarşı etirazları polis gücü ilə yatıran və bu hadisələr fonunda dünyada imici darmadağın olan, Afrika qitəsində dalbadal biabırçı məğlubiyyətlərə düçar olaraq ölkələrdən qovulan Fransa Azərbaycana qarşı hansısa addımların atılması ilə təskinlik tapmaq istəyir. 
Fransa xarici işlər nazirinə xatırladırıq ki, “əxlaqsızlıq” Əlcəzairdə soyqırımı törədən, müxtəlif tayfaları məhv edən, əlcəzairli azadlıq döyüçülərinin kəllələrini hərbi qənimət kimi Parisdə muzeydə saxlayan, özündən min kilometrlərlə uzaqlıqda yerləşən əraziləri hələ də müstəmləkə işğalında saxlayan, Sakit okeanda keçirdiyi nüvə silahı sınaqları ilə müxtəlif xalqlara və ətraf mühitə zərərlər yetirən, Korsika dilini qadağan edən Fransanın hərəkətidir", - açıqlamada deyilir. 

Qeyd edilib ki, Ermənistanın 1987-1991-ci illərdə azərbaycanlıların hamısını öz ərazisindən vəhşicəsinə qovmasına, 1991-1994-cü illərdə Azərbaycan ərazilərini işğal etməsinə, oradan 800 minə yaxın azərbaycanlını qovmasına, Azərbaycanın 900-dən artıq şəhər və kəndini yer üzündən silməsinə, 20 mindən artıq azərbaycanlını qətl etməsinə, Qaradağlı, Xocalı, Malıbəyli, Meşəli, Ağdabanda qətliamlar törətməsinə göz yuman Fransa xarici işlər nazirinin indi Azərbaycanı “etnik təmizləmə” niyyətində olmaqda ittiham etməsi bu əxlaqsız siyasətin növbəti təzahürüdür: 

"Artıq bütün dünyaya aydındır ki, Fransa Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olunmasını istəmir və Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin re-inteqrasiyasını əngəlləməyə çalışır. 
Fransa mənəviyyata, beynəlxalq hüquqa həqarət olanİslamofoboya, Azərbaycanofobiya siyasətinə, məsələlərə dini təəssübkeşlik prizmasından yanaşmağa son qoymalıdır. 

Qərbi Azərbaycan İcması tarixi soyqırımı, müstəmləkəçilikvə ədalətsizliklərlə dolu Fransanın öz siyasətinin mənfur mahiyyətini pərdələmək üçün insan hüquqları kimi nəcib dəyərlərdən sui-istifadə etməsinə imkan verməyəcək və onun ikili standartlar maskasını yırtmaqda davam edəcək". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO